“Uşağım xəstədir” deyib aldığı borcları “Topaz”a qoydu
Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə şəxsin adına kredit götürüb “Topaz”da uduzan Beynəlxalq Bankın "Qaradağ" filialının kredit şöbəsinin baş mütəxəssisi Elnur Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Azad Məcidovun icraatında olan prosesdə şahidlər ifadə verib. Fərrux Həşimov ifadə verərək deyib ki, kredit mərhum atası Nəsimi Həşimovun adına götürülüb.
Digər şahid Qiyas Abdullayev isə E.Hüseynovu mömin bir şəxs kimi tanıdığını deyib: “Məsciddə namaz qılanda tanış olmuşduq. Banka gedib 10 min manata qol çəkdim, kassadan pulu götürüb Elnura verdim.
Rəsul Hüseynov da Elnura məsciddə ibadət zamanı tanıdığını, onun xahişi ilə bankdan 10 min dollar götürüb özünə verdiyini deyib: “Elnurun uşağı xəstə idi, ona görə razılaşdım”.
Hakim bildirib ki, E.Hüseynov kreditləri uşağının xəstəliyi üçün xərcləməyib: "İstintaqdakı ifadəsində Elnur etiraf edib ki, götürdüyü kreditləri "Topaz"da uduzub. Həmçinin spirtli içki istehsalı üçün şüşə “butulka” gətirib. Məqsəd spirtli içki istehsalı ilə məşğul olmaq olub".
E.Hüseynovun qardaşı Həmid Hüseynov deyib ki, bankdan onun adına 2 kart vasitəsilə 23 min manat kredit limiti ayrılıb: “Götürülən pulun bir hissəsini qaytarmışıq”.
Məhkəmə prosesi iyulun 12-də davam etdiriləcək.
Bu cinayət işi ilə bağlı bankın sabiq əməkdaşı Aqilə Quliyeva da ittiham edilir, o həbs edilməyib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...