XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Bakı-Quba yolu ilə hərəkət edən sürücülərin NƏZƏRİNƏ: Saat 10:00-dan 16:00-dək...

Bakı-Quba yolu ilə hərəkət edən sürücülərin NƏZƏRİNƏ: Saat 10:00-dan 16:00-dək...

Bakı-Quba yolu ilə hərəkət edən sürücülərin NƏZƏRİNƏ: Saat 10:00-dan 16:00-dək...
29-08-2023, 10:44

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 10-16-cı km-lik hissəsində yol-nəqliyyat hadisələri zamanı sıradan çıxmış əyrixətli dəmir tirlərin təmiri və dəyişdirilməsi işlərini aparır.

Bu barədə agentlik məlumat yayıb.

Bildirilir ki, sözügedən işlər bu gün saat 10:00-dan 16:00-a qədər aparılacaq.

Agentlik sürücülərə sözügedən ərazidə hərəkətdə olarkən müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini tövsiyə edib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.