XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » 2 yaşlı Zəhra və nənəsini şəhid veririk, "Tarqovı"da isə konsert - VİDEO

2 yaşlı Zəhra və nənəsini şəhid veririk, "Tarqovı"da isə konsert - VİDEO

2 yaşlı Zəhra və nənəsini şəhid veririk, "Tarqovı"da isə konsert - VİDEO
6-07-2017, 13:14

Dünəndən bütün ölkə gündəmi bir hadisəyə fokuslanıb: Füzulinin Alxanlı kəndində erməni təcavüzünün qurbanlarına - 2 yaşlı Zəhra balamız və nənəsinin top mərmisindən dəlik-deşik olunmuş bədənlərinə. Bir millət olaraq həmrəylik göstərib, işğalçı Ermənistanın illərdir apardığı iyrənc əməllərini yenidən dünyaya göstərmək və sübut etmək çabası göstəririk. Amma görünür içimizdən kimlərsə bu cür faciənin miqyasını hələ də başa düşmür, bizlərin zəhmətini yerə vurmaq, özlərini heç nə olmayıbmış kimi göstərmək istəyirlər.
Dünən axşam saatlarında paytaxt Bakının mərkəzində - Nizami küçəsində, "Tarqovı" adlanan ərazidə keçirilən konsert də buna bir işarədir. Amma yenə sağ olsun, ətrafda olan bəzi insanlar bu biabırçılığa göz yummaq istəməyərək, öz etirazlarını bildiriblər.

Kim keçirdib bu konserti, niyə keçirdib, məqsədi nə olub, bunu bir neçə gün sonraya təxirə salamaq olmazdımı?

Əminik ki, konsert təşkil edənlər öz vicdanları qarşısında bu suallara cavab verə biləcəklər, əgər verə bilsələr.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.