SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ziya Məmmədovun adamı narazılıq yaradır - ŞİKAYƏT

Ziya Məmmədovun adamı narazılıq yaradır - ŞİKAYƏT

Tarix:

6-07-2017, 09:37

/ 57 520 dəfə oxundu.
Ziya Məmmədovun adamı narazılıq yaradır - ŞİKAYƏT

Sovet dönəmində hər bir istehsal prosesində texniki təhlükəsizlik qaydalarına əməl etmək, lazımi normativ qaydalara əməl etmək və s. istehsal prosesinə məsul olan vəzifə sahiblərinin qarşısına əsas şərt olaraq qoyulurdu. İndi isə hər kəs etiraf edə bilər ki, sövet dönəmində qarşıya qoyulan sərt qaydalara bu gün lazımınca əməl olunmur. Belə bir halın varlığı da, çox zaman faciələrə yollar açır. Xoşagəlməz hal o olur ki, vəzifə sahiblərinin günahı ucbatından istehsal prosesində xəsarət alanlar, əksər hallarda qanunvericiliyin tələblərinə uyğun lazımi təminolunmalarla təmin olunmurlar və belə bir halların varlığı da, çox zaman məhkəmə müstəvisinə qədər uzanır.
Kürdəmir rayonu Mollakənd sakini, hal-hazırda Abşeron rayonu Saray qəsəbəsi M.Hüseynzadə küçəsi ev-26 ünvanda müvəqqəti yaşayan Ağayev İftixar Tehran oğlu ünvanladığı şikayət ərizəsində yazır ki, “mən 2003-cü il tarixdən Xırdalan şəhəri Ziya Tağıyev küçəsi-36 ünvanda fəaliyyət göstərən “Azbentonit” MMC-də işləyirdim. Adı çəkilən cəmiyyətin 15 iyun 2004-cü il tarixdə, ölkə rəhbəri cənab İlham Əliyevin iştirakı ilə rəsmi açılışı da oldu. 2007-ci il tarixdə Xırdalan şəhərində yerləşən və “Azbentonit” MMC-nin nəzdində fəaliyyət göstərən kisə sexində işləyərkən, təsadüf nəticəsində sağ əlim dəzgaha düşdü və dörd barmağım kəsildi. Həmin vaxt kisə sexinin rəisi Sakit müəllim baş verən hadisə ilə bağlı cəmiyyətin sədri Aydın Məmmədovu məlumatlandırdı. Rəhbərliyin vermiş olduğu tapşırıq əsasında məni, MMC-in texniki təhlükəsizlik şöbəsinin rəisi Tahir Kazımovun və əlavə bir-iki nəfər şəxsin iştirakı ilə, dövlət nömrə nişanı 01-AA-135 olan avtomobillə Topçubaşov adına xəstəxanaya apardılar. Xəstəxanada olduğum vaxt Tahir Kazımov adı çəkilən səhiyyə müəssisəsinin rəhbərliyi ilə hansısa formada danışıq aparır və baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına heç bir məlumat verməmək barədə razılıq da əldə edir. Çox keçmədi ki, sağ əlimin kəsilmiş dörd bağrmağı əməliyyat olundu və həkimlər ağrıkəsici iynə vurduqdan sonra, məni kirayədə yaşadığım evə apardılar. Sağ əlimin xəsarət alması səbəbindən, bu gün əmək qabiliyyətimi tamamilə itirmişəm və heç bir əmək fəaliyyəti ilə məşğul olmuram.
Onu da bildirim ki, baş verən hadisədən bir qədər vaxt keçdikdən sonra “Azbentonit” MMC-in sədri Aydın Məmmədovun tapşırığı ilə, adı çəkilən cəmiyyətin səlahiyyətlisi Səhrab Osmanov mənə guya əlillik pensiyası düzəltmək adı altında, Topçubaşov adına xəstəxananın baş həkimi ilə danışıq aparır. Həmin vaxt o, xəstəxanadan lazımi sənədləri əldə edir və mənim istehsalatda deyil, guya evdə əlimin üstünə şüşə düşüb xəsarət yetirməsi haqda saxta sənəd təsdiq etdirir. Təsdiq olunmuş sənəddə nə mənim, nə hüquq-mühafizə orqanı əməkdaşlarının imzası olmadığı halda, yalnız xəstəxananın baş həkiminin imzası var. Saxta sənədin imzalanmasını eşitdikdən sonra aidiyyəti üzrə şikayət edəcəyimi bildirdikdə, cəmiyyətin səlahiyyətliləri mənə hədə-qorxu da gəldilər. Amma, onların etdikləri hədə-qorxulardan çəkinmədim və birbaşa Əmək Müfəttişliyinə, Vergilər Nazirliyinə, Abşeron rayon Məhkəməsinə, hətta Ali Məhkəməyə belə müraciət etsəm də, çox təəssüflər olsun ki, iş yerində xəsarət almağım haqda aktı və cəmiyyətin verməli olduğu kompensasiyanı ala bilmədim. Bütün bunlardan sonra, dəqiq məlumat da əldə edə bildim ki, “Azbentonit” MMC-də vəzifə sahibi olanların arxa-dayağı sabiq nəqliyyat naziri Ziya Məmmədovdur. Məhz belə bir səbəblər üzündən də, aidiyyəti qurumlar etdiyim şikayətlərin heç birinə məhəl qoymadılar. Belə bir halın varlığı da, mənim dövlət qurumlarının fəaliyyətinə şübhə ilə yanaşmağıma səbəb oldu. Çünki, bütün qurumlara ünvanladığım müraciətlərdən hər hansı cavabı əldə edə bilmədim.
2015-ci ilin may ayında “Azbentonit” MMC-in sədri Aydın Məmmədov daşıdığı vəzifəsindən uzaqlaşdırıldı və onun yerinə, Ziya Məmmədovun yaxın qohumu Elşad Bayramlı, icraçı direktor vəzifəsinə isə Hüseynağa Ağayev təyin olundu. Baxmayaraq ki, hər iki vəzifə sahibinə 2007-ci ildə kisə sexində işləyərkən xəsarət almağımı və üz-üzə qaldığım problemlə bağlı haqqıma qovuşa bilmədiyimi ünvanladığım müraciətlərimdə bildirsəm də, hər iki vəzifə sahibi də etdiyim müraciətlərimə məhəl qoymadılar. O halda dərk etdim ki, Ziya Məmmədovun “barmağı” olan yerdə, mən heç bir halda haqqıma qovuşa bilməyəcəyəm. Onu da vurğulayım ki, 25 may 2015-ci il tarixdə “Azbentonit” MMC-nin adı dəyişdirildiyindən, bu gün onun adı “Qrant İnşaat Sənaye” MMC adlanır.
Bütün bunlardan sonra, 2007-ci ildən üz-üzə qaldığım problemin varlığını, vəzifə sahiblərinin vəzifə borclarını yerinə yetirməmələrini daha geniş ictimaiyyətin diqqətinə çatdırmaq üçün, üz-üzə qaldığım olayların varlığını ictimailəşdirmək qərarına gəldim. Düşünürəm ki, problemin ictimailəşdirilməsi hansısa maraqlar çərçivəsində vaxtilə saxta sənədin hazırlanmasında iştirak edən Topçubaşov adına xəstəxananın baş həkimi vəzifəsini daşımış şəxsin də, müəyyən mənada ittiham olunmasına səbəb olacaq. Çünki, baş həkim atdığı addımı ilə haqqın deyil, birbaşa nahaqqın yanında oldu və mənim bir vətəndaş olaraq haqqımın-hüququmun tapdaqlar altına atılmasına da səbəb oldu”.

Araşdırmamız davam edəcək.

“Gündəm Xəbər”

Şərhlər

XƏBƏR LENTİ