İlahiyyat İnstitutunun bazasında dini kolleclər fəaliyyət göstərəcək
Bölgələrdə yaradılan dini kolleclər, İlahiyyat İnstitutunun bazasında fəaliyyətlərini davam etdirəcək.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov APA-ya açıqlamasında bildirib.
O deyib ki, xaricdə dini təhsil alanlar müəyyən təsirlərə məruz qalırlar:
“Bütün ölkələrdə dini təhsil o ölkələrin öz ideologiyalarının təsiri altında olur. Həmin şəxslər də Azərbaycanda fəaliyyətə başlayan zaman aldığı təhsil və ideologiya əsasında fəaliyyət göstərirlər. Ona görə də bunun qarşısını almaq üçün dövlət bu sahəyə xüsusi diqqət yetirir. Artıq Azərbaycanda 5-ci ildir ki, İlahiyyat İnstitutu fəaliyyət göstərir. Bu il İlahiyyat İnstitutunun ilk məzunu olub. Artıq dövlət təminatı formatında fəaliyyət göstərir. O ki qaldı kolleclərə, kolleclərdə bu gün pərakəndəlik var. Müəyyən yerlərdə maliyyələşmə məsələsi var. Onların da həm fəaliyyəti, həm təminatını dövlət üzərinə götürür. Ona görə yeni kolleclər İlahiyyat İnstitutunun bazasında yaranacaq. Bu da tamamilə dövlət təminatında olacaq”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...