Deputat Madər Musayev vəfat edib
Deputat Madər Musayev vəfat edib.
Bu barədə Oxu.Az-a onun köməkçisi məlumat verib. O qeyd edib ki, deputat xəstəlik səbəbindən bir neçə saat öncə dünyasını dəyişib.
Xatırladaq ki, bir neçə gün öncə Madər Musayevin ayağından xəsarət aldığı üçün xəstəxanaya yerləşdirildiyi və əməliyyat olunduğu haqqında məlumatlar yayılmışdı.
Madər Musayev 1947-ci il noyabrın 26-da Bakı şəhərində anadan olub. Moskva Kooperativ İnstitutu Bakı filialının Sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirib. “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.
1964-cü ildən Bakı şəhərində ticarət idarəsində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı, direktor işləyib. 1986-1995-ci illərdə “Bahar” ticarət mərkəzinin müdiri vəzifəsində çalışıb. Altıncı çağırış Milli Məclisin bitərəf deputatlarından idi.
On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, İntizam komissiyasının üzvü idi. Gürcüstan, İran, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olub.
Deputat evli idi, 3 övladı var.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...