SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sabah V qrupun imtahanı var

Sabah V qrupun imtahanı var

Tarix:

4-07-2017, 15:00

/ 79 801 dəfə oxundu.
Sabah V qrupun imtahanı var

Dövlət İmtahan Mərkəzi iyulun 5-də növbəti imtahanlar keçirəcək. Daxil olan məlumata görə, imtahanlar 9 şəhər və rayonda – Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda 52 imtahan mərkəzində təşkil olunacaq və ümumilikdə 26709 nəfərin iştirak edəcəyi gözlənilir.

Bu imtahanlarda:

– Ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 17928 nəfər əvvəlki illərin məzunları;

– Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 4886 nəfər əvvəlki illərin məzunları;

– Eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş və üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan 914 nəfər IX sinif , 2981 nəfər isə XI sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunması üçün 188 imtahan rəhbəri, 2182 nəzarətçi-müəllim ayrılıb.

Şərhlər

XƏBƏR LENTİ