Abituriyentlər daha çox bu ali məktəblərə maraq göstərir - STATİSTİKA
- 6-07-2023, 14:30
- 404
Bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, I ixtisas qrupu üzrə Bakı Ali Neft Məktəbi (651.500), Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası (605.295), ADA Universiteti (594.426), Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (586.576), II ixtisas qrupu üzrə ADA Universiteti (582.663), Bakı Ali Neft Məktəbi (524.058), III ixtisas qrupu üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası (566.323), ADA Universiteti (555.185), Milli Aviasiya Akademiyası (542.576), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (532.626), IV ixtisas qrupu üzrə isə Azərbaycan Tibb Universitetinin (603.874) ixtisaslarına qəbul olan abituriyentlərin orta bal göstəriciləri digər ali təhsil müəssisələri ilə müqayisədə daha yüksəkdir.
Qeyd olunduğu kimi, yüksək hazırlıqlı abituriyentlərin Bakı Ali Neft Məktəbinə, Azərbaycan Tibb Universitetinə, ADA Universitetinə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına meyil və marağı böyük olub.