SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıdakı bu restoranda musiqiyə görə əlavə 32 manat alındı - FOTO

Bakıdakı bu restoranda musiqiyə görə əlavə 32 manat alındı - FOTO

Tarix:

29-06-2017, 14:40

/ 56 449 dəfə oxundu.
Bakıdakı bu restoranda musiqiyə görə əlavə 32 manat alındı - FOTO

Bakının Görədil qəsəbəsində yerləşən "Abşeron Marina" restoranında müştərilər aldadılır.
Bu haqda həmin restorana müştəri kimi gedən Tural Əliyev adlı vətəndaş deyib.
Onun dediyinə görə, restoranda səslənən musiqiyə görə onlardan 32 manat əlavə pul alınıb: "Biz ailəlikcə "Abşeron Marina" restoranına getdik. Hesabı istəyəndə isə hamımız şoka düşdük. Hesabımıza əlavə 32 manat yazılmışdı, buna səbəb isə orada səslənən musiqi idi".
Şikayətçi deyir ki, onlar musiqi səslənən ərazidən kənarda oturmalarına baxmayaraq pul verməyə məcbur olublar: "Mən bu günə qədər belə halla qarşılaşmamışdım. Bizə dedilər ki, xoşunuz gəlmir, daha bura gəlməyin, bizdə belədir. Yəni, 8 nəfər olduğumuza görə musiqiyə 32 manat verdik. Anlamıram ki, musiqi yeməli bir şeydir ki, onu da menyuya əlavə edirlər?"
Müştəri deyib ki, onlardan servis haqqı da 19 manat 14 qəpik alıblar: "Biz 20 manat servis haqqı verdik, əslində bu da mübahisəli məsələdir. Ancaq biz bunu veririksə, daha musiqi pulu niyə alırilar? Orada oxuyan müğənni heç günə 50 manat almır, onun pulunu mən niyə verməliyəm? Mən musiqi istəmirəm. Sizin sayt vasitənizlə hər kəsə müraciət edirəm ki, bunu bilsinlər və onlar aldanmasınlar"

Şikayətçi çeki də təqdim edib:
Bakıdakı bu restoranda musiqiyə görə əlavə 32 manat alındı - FOTO
Bakıdakı bu restoranda musiqiyə görə əlavə 32 manat alındı - FOTO

Şərhlər

XƏBƏR LENTİ