SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » UNEC-in Fəxri doktoru Aziz Sancar adına tədqiqat mükafatı təsis olundu

UNEC-in Fəxri doktoru Aziz Sancar adına tədqiqat mükafatı təsis olundu

Tarix:

3-04-2023, 16:20

/ 398 dəfə oxundu.
UNEC-in Fəxri doktoru Aziz Sancar adına tədqiqat mükafatı təsis olundu

Azərbaycan Dövlət İqtisad Universiteti kimya üzrə Nobel mükafatçısı, UNEC-in Fəxri doktoru Aziz Sancar adına tədqiqat mükafatına sənəd qəbulu elan olunur!

Mükafat UNEC-də yüksək keyfiyyətli tədqiqat fəaliyyətlərini dəstəkləmək və akademik heyəti bu istiqamətdə stimullaşdırmaq məqsədilə təsis olunub.

Müsabiqəyə UNEC əməkdaşlarının “Qida təhlükəsizliyi”, “Qida elmləri və texnologiyası”, “Biokimya”, “Mikrobiologya”, “Biotexnologiya” sahələr üzrə dərc edilmiş elmi məqalələri qəbul olunur. Mükafat fondu 10.000 (on min) manat məbləğində pul və diplomdan ibarətdir. Müsabiqədə iştirak üçün müraciətlər 1 iyundan - 30 iyun tarixinədək qəbul edilir. Mükafata təqdim edilən əsərlər müsabiqə komissiyası tərəfindən müvafiq meyarlar əsasında qiymətləndiriləcək.

Müsabiqəyə WASS-SENSE reytinqində A və ya B kateqoriyalı nəşriyyatlarda dərc edilmiş monoqrafiyalar, Web of Science bazasında Q1və Q2 kateqoriyalı elmi nəşrlərdə dərc edilmiş elmi məqalələr qəbul olunur. Təqdim olunan məqalədə müəllifin UNEC əməkdaşı olduğu qeyd edilməlidir.

Müsabiqədə iştirak etmək üçün tələb olunan bütün sənədlər elektron formada   [email protected] e-mail ünvanına göndərilməlidir.

Şərhlər

XƏBƏR LENTİ