“İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması Mərkəzi” İctimai Birliyi Fazil Mustafaya qarşı silahlı hücumu terror adlandırdı
28 mart 2023-cü il tarixində Millət vəkili Fazil Mustafaya qarşı Bakı şəhərində yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən “Kalaşnikov” tipli silahdan atəş açılaraq terror aktı törədilmişdir. Ayağından və çiynindən güllə yarası alan deputat xəstəxanaya yerləşdirilib. Həyatı təhlükənin olmadığı bildirilir. İnanırıq ki, hüquq-mühafizə orqanları terroru törədənləri dərhal tapıb məsuliyyətə cəlb edəcək. Azərbaycan dövləti xalqın asayişini qoruyacaq gücdədir. Deputat Fazil Mustafaya Allahdan sağlamlıq arzulayırıq.
Biz ictimai birlik olaraq dövlətimizə və dövlət başçımıza sadiq olmaqla fəaliyyətimizi davam etdiririk.
“İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın qorunması Mərkəzi” İctimai Birliyinin mətbuat xidməti

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək