SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycanda süni qidalarla bağlı qadağa - Hamilələrin nəzərinə

Azərbaycanda süni qidalarla bağlı qadağa - Hamilələrin nəzərinə

Tarix:

25-01-2017, 20:12

/ 1 860 dəfə oxundu.
Azərbaycanda süni qidalarla bağlı qadağa - Hamilələrin nəzərinə

Prezident İlham Əliyev süni qidaların təbliğinə qadağa qoyulması ilə bağlı sərəncam imzalayıb. xalqxeber.az xəbər verir ki, sərəncamda bildirilir:

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikasının Qanununu “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:

1. 10.3-cü maddədə “ana südünə bərabər və ya ondan” sözləri “ana südü ilə eyni olması, onu tam əvəz edə bilməsi, körpələrin ana südü ilə qidalanması ilə müqayisədə süni qidalanmasının” sözləri ilə əvəz edilsin.

2. 10.4-cü və 10.5-ci maddələr ləğv edilsin.

3. 10.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

“10.6. Süni qida məhsullarının reklamının hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayımlanması qadağandır.”.

4. Aşağıdakı məzmunda 10.7-ci, 10.8-ci, 10.9-cu və 10.10-cu maddələr əlavə edilsin:

“10.7. Yalnız sertifikatlaşdırılma barədə sənədləri olduqda, süni qida məhsulları reklam edilə bilər. Bu halda reklamda sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir.

10.8. Süni qida məhsullarının reklamında onlardan istifadənin yaş məhdudiyyətləri haqqında məlumat verilməli, mütəxəssislərlə məsləhətləşmənin zəruriliyi, ana südünün üstünlüyü qeyd olunmalıdır.

10.9. Süni qida məhsullarının reklamının açıq məkanda yerləşdirilməsi qadağandır.

10.10. Süni qida məhsullarının reklamının sifarişçisi reklam istehsalçısının və reklam yayıcısının tələbi ilə həmin məhsulların uyğunluq, gigiyenik və mənşə sertifikatının, istifadəsinə dair təlimatın, bu təlimatda istifadə qaydası göstərilmədiyi hallarda müvafiq məlumat olan sənədin, reklamda istinad olunduqda, tədqiqatların nəticələrini təsdiq edən sənədin surətini təqdim edir”.

Şərhlər

XƏBƏR LENTİ