Sürücülərlə nəqliyyat işçiləri arasında dava: “Sənə rüşvət vermirəm deyə belə edirsən” – VİDEO
Şəmkir rayonunda bir qrup sürücü 10 saylı Şəmkir Regional Nəqliyyat İdarəsinin əlindən imdat diləyir
Şəmkirdə ictimai nəqliyyat vasitələrinin yenilənməsi adı altından aparılan işlər ciddi etirazlara səbəb olub. Buna səbəb Şəmkir rayonun mərkəzindən Dəllər qəsəbəsinə qədər olan istiqamətdə işləyən nəqliyyat vasitələrinin yenilənməsi adı altında baş verənlərdir.
Bu barədə narazı sürücülər məlumat verib. Belə ki, bir vaxtlar Ziya Məmmədovun media siyasətini müəyyənləşdirən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tərkibindəki “10 saylı Şəmkir Regional Nəqliyyat” MMC-nin əməkdaşları illərdir bu istiqamətdə işləyən sürücüləri xətdən çıxarırlar.
“Yenilənmə” adı ilə aparılan təmizləmə işində rüşvət verənlər xətdə qalsa da, digər sürücülər tamamilə xətdən çıxarılırlar.
Şikayətçilərin sözlərinə görə bu işin arxasında “10 saylı Şəmkir Regional Nəqliyyat” MMC-nin direktoru Əli İsmayılov durur.
Şikayətçilər müstəqillik illərindən öncə də bu xətdə çalışan və zorla xətdən çıxarılan sürücülərin yerinə Əli İsmayılovun öz sürücülərini yerləşdirdiyini bildiriblər.
Sürücülər bir neçə dəfə “10 saylı Şəmkir Regional Nəqliyyat” MMC-nin əməkdaşları ilə mübahisə etdiklərini də deyiblər.
Onlar rayon mərkəzində aksiya keçirməyə hazırlaşırlar.
AZXEBER.COM

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...