Baş Prokurorluq Mustafa Hacılıya növbəti dəfə xəbərdarlıq edilmişdir
Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, “bastainfo.com” internet portalında yayılması qadağan edilən informasiyalar ictimailəşdirilməklə “Kütləvi informasiya vasitələri haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarının, habelə cinayət və cinayət-prosessual qanunvericiliyin müddəaları pozulmuşdur.
Bununla əlaqədar internet portalının baş redaktoru Mustafa Hacılı Baş Prokurorluğa dəvət edilərək, “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduğu internet portalında dövlət orqanlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparılmadan sensasiya naminə qəsdən və qərəzli şəkildə ictimai rəyi çaşdırmaq, cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salmaq məqsədi ilə konkret faktlara əsaslanmayan məlumatların, eləcə də ibtidai araşdırma məlumatlarının qərəzli olaraq yayılmasını davam etdirəcəyi təqdirdə barəsində daha ciddi tədbirlər görüləcəyi barədə növbəti dəfə rəsmi xəbərdarlıq edilmişdir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...