İşdəki problemlərindən danışan arvadını bıçaqladı - “Bəsdir, bezdirdin...”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən İlham Məşədiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə vəkil müdafiə çıxışı edib: "Həyat yoldaşı Şərqiyyə xanım işdə olan problemlərini İ. Məşədiyevə danışıb. O isə "bəsdir, bezdirdin məni" deyərək əsəbiləşib. Əlində bıçaqla onu itələyib və təsadüf nəticəsində bıçaq arvadına dəyib.
Onların iki övladı var. Arvadı Ş.Məşədiyeva məhkəməyə müraciət edərək günahın özündə olduğunu, həqiqətən də ərini çox yüklədiyini və şikayətçi olmadığını deyib".
İ.Məşədiyev son söz demək üçün vaxt istəyib. Məhkəmə prosesi iyunun 21-də davam etdiriləcək.
Dövlət ittihamçısı çıxış edərək İ.Məşədiyevin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...