XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Kolbasasından tük çıxan “Best Beef” firması Şeyxin imiş

Kolbasasından tük çıxan “Best Beef” firması Şeyxin imiş

Kolbasasından tük çıxan “Best Beef” firması Şeyxin imiş
12-06-2017, 10:23

Azərbaycanda ət məmulatları istehsal edən “Best Beef” firması vətəndaşlara saqqallı kolbasalar satır. Bu məlumatı Qafqaznews.az-la jurnalist Rüfət Əhmədzadə bölüşüb
O, ötən gün “Araz Market”in “Masazır 2” filialından alınan “Best Beef”in servelat kolbasasından qalın tüklərin çıxdığını bildirib. Jurnalist deyib ki, kolbasanın içindən çıxan tüklər o qədər qalındır ki, simə də bənzəyir:
“Sadəcə əməkdaşlıq etdikləri şirkətin nəzərinə çatdırsınlar deyə marketə apardım, qalan çəkinin məbləğini hesablayıb 1 manat 60 qəpiyi özümə qaytardılar”.
Bildirildi ki, “Araz Market” yalnız məhsulun tarixinə görə məsuliyyət daşıyır, lakin müvafiq tədbirlər görüləcək.
Prinsipcə, market işçilərindən hər hansı narazılığım yoxdur. Bu məhsulu istehsal edən şirkətin rəhbərliyi isə utanmalıdır. Yerli sahibkarlıq inkişaf edir deyə ümidlənirik, onlar isə bizə saqqallı kolbasa satırlar”.
Araşdırma zamanı məlum olub ki, Bakıda kolbasa və sosislərin istehsalı ilə məşğul olan “Best Beef” firmasının qanuna zidd əməlləri haqda məlumatlar yayılıb.
Firmanın adının çəkilməsini istəməyən sabiq işçisinin məlumatına görə, Malik və Ehtiram adlı qardaşlara məxsus olan bu firmanın işində “halal” qadağasından sonra ciddi problemlər yaranmağa başlayıb.
Bir müddət öncə Bakıda “Best Beef” kolbasalarını saxtalaşdıran və “Halal” sosislərin tərkibinə donuz piyi vuran istehsalçı aşkarlanmışdı.
İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumatda bildirilirdi ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli prospekti, 2245-ci məhəllədə yerləşən fiziki şəxs Tahirov Malik Ağaşirin oğluna məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı kolbasa və sosislərin istehsalında bir sıra qanun pozuntuları aşkar edilmişdir.
Media üzərindən əldə etdiyimiz xəbərə görə, “Best Beef” firmasını uzun müddət Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükr Paşazadə himayə edib.
Ancaq Standartlaşdırma, Metrologiya, Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov “Halal” standartına əl qoyduqdan sonra vəziyyət dəyişib.
R.Həsənov Şeyxin çətiri altında olan şirkətləri təqib etməyə başladı. Son vaxtlara qədər “Halal” qarantiyasını Şeyxin idarəsi verirdi.
Ancaq R.Həsənov bu funksiyasını Şeyxdən aldı və onun himayəsində olan şirkətləri bazardan çıxartmağa başladı.
“Best Beef” də bu firmalardan biri idi. Təbii ki, şeyx himayə etdiyi firmanın bazarda qalmasına çalışır.
Qarşı tərəfi dinləməyə hazırıq.

ulus.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.