SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda QHT-dövlət münasibətlərinə həsr olunmuş sonuncu respublika zona konfransı keçirilib

Bakıda QHT-dövlət münasibətlərinə həsr olunmuş sonuncu respublika zona konfransı keçirilib

Tarix:

24-06-2022, 18:03

/ 364 dəfə oxundu.
Bakıda QHT-dövlət münasibətlərinə həsr olunmuş sonuncu respublika zona konfransı keçirilib

İyunun 23-də Bakıda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı sonuncu respublika zona konfransı keçirilib.
Konfransda Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Agentliyin Müşahidə Şurasının üzvləri ,  Bakı şəhərinin 12 rayonu, eləcə də Sumqayıt, Şuşa, Zəngilan, Qubadlı, o cümlədən Abşeron rayon icra hakimiyyəti başçılarının müavinləri, Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın əməkdaşları və digər rayonların ictimai şura üzvləri,Vətən müharibəsi veteranları və şəhid ailələri ilə işin təşkili şöbələrinin müdirləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, media nümayəndələri iştirak ediblər.
Bakı Gənclər Mərkəzində təşkil edilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.

Konfransda çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva qeyd edib ki, hər bir ölkənin inkişafını təmin edən ən mühüm amillərdən biri dövlətlə cəmiyyət arasında münasibətlərdə ahəngdarlığın təmin edilməsidir. Dövlətin həyata keçirdiyi islahatlara milli maraqların təmin olunması naminə ictimai dəstəyin göstərilməsi vahid məqsədə çatmaq üçün önəmlidir. 
Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılmasının önəmindən danışaraq, bildirib ki, may ayından etibarən bütün iqtisadi zonalarda baş tutan konfranslar uğurla yekunlaşıb. Bütün zona konfranslarının yekunu olaraq QHT-lər və ictimai şuralar öz fəaliyyətlərində dönüş yaratmalı, cəmiyyətin və dövlətin həyatında fəal iştirak etməli, qarşıya çıxan çatışmazlıqların aradan qaldırılmasında dövlət orqanlarının fəaliyyətinə dəstək göstərməlidirlər. V.Quliyev bildirib ki, İctimai Şuraların fəaliyyəti, əsasən, cəmiyyətlə qarşılıqlı əlaqələrin gücləndirilməsindən, sağlam dialoqun qurulmasından, qərarların qəbulunda ictimai rəyin, vətəndaş maraqlarının nəzərə alınmasından ibarətdir və onların fəaliyyətində şəffaflığın, hesabatlılığın təmin edilməsi, təcrübəli QHT-lərin bu prosesə cəlb edilməsi vacib amildir.
Çıxış edən digər natiqlər bildiriblər ki, zona toplantısı QHT nümayəndələri, ictimai şuraların üzvləri, habelə dövlət qurumları üçün faydalı olacaq və bu sahənin daha da təkmilləşməsinə böyük töhfə verəcək. 
Çıxışlardan sonra konfrans interaktiv müzakirələr əsasında davam edib, iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.



Şərhlər

XƏBƏR LENTİ