SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda 12 metr sürüşən bina yenidən silkələndi: “Az qalsın özümü pəncərədən atacaqdım” - VİDEO, FOTOLAR

Bakıda 12 metr sürüşən bina yenidən silkələndi: “Az qalsın özümü pəncərədən atacaqdım” - VİDEO, FOTOLAR

Tarix:

29-05-2017, 14:52

/ 57 420 dəfə oxundu.
Bakıda 12 metr sürüşən bina yenidən silkələndi: “Az qalsın özümü pəncərədən atacaqdım” - VİDEO, FOTOLAR

Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 224/228 ünvanındakı yarımçıq bina yenidən sakinləri qorxuya salıb. Qəzalı bina may ayı ərzində bir neçə dəfə silkələnib. Silkələnməni hiss edən sakinlər təşvişə düşüblər. Bu durumla bağlı bina sakinləri dəfələrlə etirazlarını bildiriblər. Sürüşən bina haqqında isə mətbuatda məqalələr dərc olunsa da, aidiyyatı qurumlar sakinlərin köçürülməsi və yaxud təhlükənin qarşısının alınması üçün hər hansı tədbir görməyib.
2000-ci ildə sürüşmə nəticəsində yerindən 12 metr irəli sürüşən bina qəzalı vəziyyətə düşüb. Nəticədə binanın arxa hissəsi çökərək, təhlükə mənbəyinə çevrilib. Hazırda kənardan baxarkən də binanın əyri olması gözə çarpır.
Aidiyyatı qurumlar çökmə ehtimalını nəzərə alaraq, 16 mərtəbəli binanın 7 mərtəbəsini söküblər və bu yolla təhlükəni önləməyə çalışıblar. Lakin binanın illərdir ki, bu vəziyyətdə olmasına baxmayaraq, aidiyyatı qurumlar problemi kökündən həll etməyiblər. 15 ildir ki, bu binada yaşayış davam etsə də, sakinlərin içində qorxu hissləri qalmaqdadır. Son 2-3 ay ərazində bina daha da qəzalı duruma düşüb. Bunun əsas səbəblərindən biri binanın sürüşməsi olsa da, digər səbəbi kanalizasiya sularının zirzəmiyə dolmasıdır. Binanın bünövrəsi 15-20 santimetr suyun içərisindədir.
Sakinlər deyir ki, vəziyyət bu cür davam edərsə, bina bir neçə aya çökəcək: “15 ildir ki, qorxu içində yaşayırıq. 4 gün öncə yenidən silkələnmə oldu. Divarlarlardan xırçıltı səsi gəldi. Bina hər ay yerindən az da olsa tərpənir. Həmin gün şokda idik. Az qalsın özümüzü pəncərədən atacaqdıq. Yalnız bu yolla sağ qalmaq ehtimalı olar deyə düşündük. Qonşular bir-birimizə təsəlli verib, özümüzü cəmləyib, şokdan çıxdıq. Bizim ən təhlükəli vəziyyətlərimizdən biri binanın qarşısında olan uçurumdur. Uçurumla bina arasında 15-20 metr məsafə var. Əgər bir daha sürüşmə olsa böyük ehtimalla bina aşağıya yuvarlanacaq. Bu bədbəxt hadisənin baş verməsi çox yaxındır. Aidiyyatı qurumlar nə gözləyirlər, bina çöksün, ondan sonra hərəkət eləsinlər. Bunun nə qədər ciddi olduğunun fərqində deyillər? Yüzlərlə insan ölümün bir addımlığındadır. Bu qədər məsuliyyətsizlik olarmı? Etirazımızı bildirmək üçün yol da kəsdik, xeyri olmadı. Fövqəladə Hallar Nazirliyindən gəlib baxış da keçiriblər, həqiqətən də binanın qəzalı olduğunu təsdiqləyiblə, burda yaşamağın təhlükəli olduğunu bildiriblər. İndi bu, “Qaçqınkom”, ya da Xətai Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətə götürülməlidir. İllərdir ki, ölçü işləri aparıb, yalan vədlər verirlər. Ancaq heç bir nəticə yoxdur. Biz prezident İlham Əliyev cənablarından, ölkənin birinci xanımı Mehriban Əliyevadan kömək istəyirik. Yalnız onlar bizi xilas edə bilər”.
Bakıda 12 metr sürüşən bina yenidən silkələndi: “Az qalsın özümü pəncərədən atacaqdım” - VİDEO, FOTOLAR
Bakıda 12 metr sürüşən bina yenidən silkələndi: “Az qalsın özümü pəncərədən atacaqdım” - VİDEO, FOTOLAR
Bakıda 12 metr sürüşən bina yenidən silkələndi: “Az qalsın özümü pəncərədən atacaqdım” - VİDEO, FOTOLAR
Bakıda 12 metr sürüşən bina yenidən silkələndi: “Az qalsın özümü pəncərədən atacaqdım” - VİDEO, FOTOLAR
Bakıda 12 metr sürüşən bina yenidən silkələndi: “Az qalsın özümü pəncərədən atacaqdım” - VİDEO, FOTOLAR
Bakıda 12 metr sürüşən bina yenidən silkələndi: “Az qalsın özümü pəncərədən atacaqdım” - VİDEO, FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ