Futbol meydançasında ölən gəncin atası - “Bilsəydim...”
“Uşaqlıqdan yüngül atletikaya gedib, futbol oynayırdı. Uzun illər “Olimpik”in azyaşlı qrupları ilə məşqlərdə olurdu, komandayla rayonlara gedirdilər. Həmin ərəfədə sağ çiyni çıxmışdı, heç evdə deməmişdi. Sonradan İdman Akademiyasına qəbul oldu və futboldan kənar düşdü. Ara-sıra yoldaşları ilə oynayardılar. Son zamanlarda ürəyimə dammışdı elə bil”.
Bunu 40 gün əvvəl futbol meydançasında vəfat edən gənc Ülvi Musayevin atası Əli Musayev deyib. Oğul itkisi yaşamış Cəlilabad sakini digər ailələrin də eyni acını yaşamaması üçün onlara tövsiyələr verib.
Əli Musayev qeyd edib ki, o, oğlu ilə münasibətlərinə olduqca həssas yanaşıb və ona tez-tez zəng vurub:
“Heç vaxt ürəyindən bir şikayəti olmayıb. Bütün valideynlər övladını çox istəyir. Amma biz canımızı onun üstündə qoymuşuq. İnanırsız, birdən kor bağırsağında nəsə olar deyə hətta “tum çırtlama” deyirdim. Qismət belə alındı.
Hazırda Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır, amma bilirəm ki, oğluma oyun zamanı hər hansı bir toxunma, ya başqa bir şey olmayıb. Mini futbol oynayan zaman ürəyi dayanıb. Əgər bir problemin olduğunu bilsəydim, heç vaxt oynamağına razı olmazdım. İndi o qədər adam yazır, maraqlanır ki,.. Ölümündən sonra da bizi qürurlandıra bilir. Bu yaşda bu qədər hörmət qazanmaq hər kəsə qismət olmur.
Valideynlərə demək istəyirəm ki, diqqətli olsunlar. Uşaqları idmanla məşğul olursa, tez-tez həkim yoxlanışından keçsin”.
“Qafqazinfo”





Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək