Xaricdə təhsil dərdi: Bu şəxslərin diplom Bakıda niyə tanınmır?
Rusiya, Belarus, Ukraynada təhsil alan azərbaycanlı tələbələr narazılıq edirlər. Deyirlər ki, vətənə dönüb ixtisasları üzrə fəaliyyət göstərə bilmirlər. Aylar, hətta, illərdir ki, işsiz qalıblar. Çünki ixtisasları Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmir. Məsələ ilə bağlı aidiyyəti qurumun da mövqeyini öyrənmişik.
Xalqxeber.az Xəzər TV-yə istinadən xəbər verir ki , bu şəxslərin bəziləri Rusiya, bəziləri Ukrayna, bir hissəsi isə Belarusda tibb təhsili alıb. İndi isə ölkəmizə qayıdan gənclər sahələri üzrə fəaliyyət göstərə bilmədikləri üçün şikayətçidirlər. Deyirlər ki, onların 6 illik baza təhsili tanınsa da, ixtisasları Səhiyyə nazirliyi tərəfindən təsdiq edilmir. Buna görə də hazırda heç bir xəstəxanada həkim kimi fəaliyyət göstərə bilmirik.
Sayca 42 nəfər olduqlarını deyən bu gənclər özlərinin təkliflərini də irəli sürüblər.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin aparıcı məsləhətçisi Nərmin Adıgözəlzadə bildirdi ki, sözügedən vətəndaşların təhsil aldıqları proqramla ölkəmizdəki proqram çox fərqlidir və buna görə də onlar üçün məhdudiyyətlər yaranıb. Bu şəxslərin praktiki tibb və əczaçılıq fəaliyyətinə buraxılması üçün Səhiyyə Nazirliyi tərəfindən layihə hazırlanaraq, Təhsil Nazirliyinə təkliflər göndərilib.
Bütün müraciətlər nəzərə alınaraq, səhiyyə nazirliyində kollegiya iclası keçirlib və nazirliyin müvafiq komissiyasına təklif olunan layihə təsdiq olunana qədər mövcud vəziyyətin tənzimlənməsi üçün həmin şəxslərin ixtisasları üzrə biliklərinin və praktik bacarıqlarının qiymətləndirilməsi tapşırılıb... Komssiyanın qərarına əsasən müraciət edən şəxslərin xaricdə təhsil aldıqları ixtisasları üzrə ölkə ərazisində tibb fəaliyyəti ilə məşğul olmağa buraxılması məsələsi müəyyən ediləcək. Eyni zamanda səhiyyə nazirliyndən bildirilib ki, Komissiyanın işinə nəazrəti səhiyyə naziri birbaşa öz üzərinə götürüb.
Təhsil Nazirliyindən isə bildirdilər ki, məsələyə baxılacaq və müvafiq rəy bildiriləcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək