14 yaşlı qıza göz dikən seksual manyaklara ağır cəza - Azərbaycanda
Bakıda 14 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər törətməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Nəcməddin İmanov və 1982-ci il təvəllüdlü Rəşad Cəfərov cinayət işi üzrə məhkəmə başa çatıb
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən təqsirləndirilən şəxslərə sanksiyada olan ən ağır cəza- 15 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində Neft Mədənləri adlanan yerə yaxın yaşayış binasında baş verib.
Nəcməddin İmanov və Rəşad Cəfərov həmin binada yaşayan 14 yaşlı Nigarı (ad şərtidir) bloka salaraq seksual xarakterli hərəkətlər ediblər. Məsələdən xəbərdar olan valideynlər polisə şikayətə ediblər. Valideynlərin şikayəti əsasında hər iki şəxsi müəyyən edilərək həbs edilib
Onlara Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli hərəkətlər, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) ilə bağlı ittiham verilib

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək