SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Belə məsuliyyətsiz müəssisə ilə münasibət qurmaq olmaz..." - GİLEY

"Belə məsuliyyətsiz müəssisə ilə münasibət qurmaq olmaz..." - GİLEY

Tarix:

28-06-2021, 15:10

/ 690 dəfə oxundu.
"Belə məsuliyyətsiz müəssisə ilə münasibət qurmaq olmaz..." - GİLEY

""Azer Turk Bank"dan çox təəssüf edirəm ki, debet kart almağa çalışdım. Əvvəla bir neçə həftə əvvəl valyuta ilə debet kart almaq istədim sonradan məlum oldu nağdlaşma zamanı faiz tutulur. Kartı qəbul etmədən imtina etdim". DİA.AZ bildirir ki, bu barədə istifadəçi Gündüz Süleymanov "Müştərinin səsi" sosial qrupunda yazdığı paylaşımında qeyd edib.

Daha sonra narazı vətəndaş yazır: "Nağdlaşma zamanı faiz tutulması haqqında saytda dolğun məlumat qoyulsa idi vaxtımı boşuna sərf etməz və sifariş etməzdim. Daha sonra keçən həftə manatla debet kart sifariş etdim. Yasamal filialından kartı almağa çalışsam da mümkün olmadı. Hazır kartı almağa nə qədər vaxt getdisə axırı filialı tərk edib getdim və daha bu qədər vaxt itkisinə məruz qalmamaq üçün bir daha bu banka üz tutmamağa çalışacağıma qərar verdim. Bankda növbədə gözləyərkən isə bankın Facebook səhifəsinə girdim və müştərilərin şikayətləri ilə tanış olub dəhşətə gəldim. Müştərilərin icazəsi olmadan vəsaitlərinin silinməsi halları baş alıb gedirmiş. Yaxşıdır ki, səhifə ilə tanış oldum və dəqiq qərara gəldim belə məsuliyyətsiz müəssisə ilə münasibət qurmaq olmaz. Vaxt itkisinə görə isə bankın rəhbərliyinə şikayət etmək istəsəm də rəhbərliklə əlaqə mümkün olmadı. İşçilər telefon nömrəsini vermədilər. Bir daha fikirləşdim ki, heyif vaxtımı belə məsuliyyətsiz müəssisəyə sərf etmişəm. Bir neqativ halı da qeyd edim. Bir neçə həftə əvvəl tanışımla eyni filialda başqa bir müştərinin saatlarla gözlədildiyinin şahidi olmuşduq. Müştəri təngə gətirildikdən sonra şikayət etmək istəyərkən bankda girişdə sağda duran özünü bankın təhlükəsizıik əməkdaşı kimi qələmə verən kəsin (əslində - nakəs) və eyni yerdə duran polis nəfərinin məsuliyyətsiz davranışlarına şahid olduq. Müştərinin polisin və bankın təhlükəsizlik əməkdaşının hücumuna məruz qalması faktı yəqin ki, həmin gün bankda gözləyən çoxsaylı müştərinin yadında qalmışdır. Əlqərəz, bankın Facebook səhifəsinə mesajla şikayətimi bildirmişəm".

İddia olunanlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...

Şərhlər

XƏBƏR LENTİ