"Baku Electronics" vətəndaşın başına NECƏ OYUN AÇIR... - GİLEY
- 16-06-2021, 10:12
- 433
Narazı vətəndaş daha sonra yazır: "Ekrandakı yazıları çətinliklə görmək olur. İstifadə üçün çox narahatdır. Apardım aldığım Əhmədli filialına, ordan da texniki xidmətə yönləndirdilər. Səhəri gün cavab gədli ki, bu telefonun içinə su düşüb. Düzəlməyəcək, gəl götür. Bu gün götürəndə baxıram ekranda ümumiyyətlə görüntü yoxdu. Təmirə gətirməmişdən qabaq heç olmasa zəng edəni, menyunu, hərfləri pis(!) də olsa, görürdüm. İndi ümumiyyətlə sıfır vəziyyətindədir. Texniki xidmətdəki yaşlı əməkdaş da dedi ki, gətirəndə elə belə idi...
...Telefonu da vurdum qoltuğuma, suyu süzülə-süzülə qayıtdım. Nə bilim, bəlkə də təmir zamanı ekranın əvvəlkindən bərbad olmağı normaldı, amma istənilən halda müştəri üçün məmnuniyyətsizlikdir. Fakt o ki, təmirdən öncə telefona gələn zəngi sahibinin adını pis də olsa, oxuya bilirdim".
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...