Etdikləri çəkilişlər öz dillərindən... - VİDEO
Bu gün Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olan Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov bir müddət öncə AzTV-yə müsahibə veriblər.
Jurnalist Məhərrəm İbrahimov çıxışında bildirib ki, onlar işğaldan azad olunan kəndlərə daxil olaraq ev-ev, küçə-küçə çəkilişlər aparırlar: “Məktəbləri, sosial obyektlərin hamısını bir-bir lentə alırıq. Foto çəkilir, mən onların qeydiyyatını aparıram. Bundan başqa, hər bir kəndə daxil olanda həmin kənd barəsində ümumi məlumat toplayıram”.
Operator Sirac Abışov isə açıqlamasında özünün də məcburi köçkün olduğunu vurğulayıb: “Hər evi gördükcə öz evimizi göz önünə gətirərəm. Çəkdiyim kadrları 1 milyon qaçqının hissini yaşaya-yaşaya çəkirəm. Kadrlara 50 milyonluq Azərbaycan xalqının gözüylə baxıram. Amma çox təəssüf ki, görüləsi vəziyyətdə deyil”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək