Elçin Quliyev keçmiş işçisinə məhkəmədə uduzdu - ÇƏKİŞMƏ...
Dövlət Sərhəd Xidmətiinin Zaqatalada yerləşən sərhəd zastavasında sabiq rəisi müavini Fərid Əzizli DSX rəisi general-polkovnik Elçun Quliyevi tənqid etdiyi üçün məhkəməyə verilib.
Bu barədə Gununsesi.info-ya açıqlamasında Fərid Əzizli bildirib ki, buna səbəb sosial şəbəkələrdə etdiyi tənqidi çıxışlar olub: “Əvvəlcə Lənkəran Rayon Məhkəməsində iddia qaldırmışdı ki, “Youtube”dakı çıxışlarımda “işgüzar nüfuzunu” pozmuşam. Buna görə məndən 50 min manat təzminat və Yotube də çıxış edərək işlətdiyim ifadələri təkzib etməyimi istəyirdilər. Belə ki, prosesə rəhbərlik edən Hakim Mütəllim İsayev 03 sentyabr 2020 ci il tarixdə DSX rəhbərliyinin 50 min manat təzminat iddiasını rəddinə dair qərar qəbul etdi. Birinci məhkəməm davam etdiyi müddət ərzində DSX-in rəisi “Youtube” da daha başqa bir çıxışıma görə Lənkəran Rayon məhkəməsində ” işgüzar nüfuzun pozulması” ilə əlaqədar yeni iddia qaldırdı.
Hakim Rəşad Məmmədov rəhbərlik edirdi. Bu iddia da rədd edildi. İndi bu qərarla razılşmayan general-polkovnik Lənkəran Rayon Məhkəməsinin qərarından Şirvan Apeliyasiya məhkəməsinə Şikayət edib”.
Fərid Əzizli deyir ki, haqsız olduğu üçün Elçin Quliyevin apellyasiya şikayəti də rədd edilib.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb