"BolMart" müştərilərə necə FIRILDAQ GƏLİR... - GİLEY
"Mənim şikayetim "Bolmart" marketindedir. Bununla artıq neçənci dəfədir ki, rəfdə olan qiymetlə kassa qiyməti eyni gəlmir. Dünən gedib adminstatora deyirəm gəlib baxır həm çekə, həm rəfdə məhsulun altına yazılan qiymətə... deyir barkod ferqlidir". DİA.AZ bildirir ki, bunu Gültəkin Hacıyeva-Abdullayeva "Müştəriyəm Şikayətim Var" sosial qrupunda paylaşıb.
Daha sonra narazı vətəndaş yazır: "Amma məhsulun adı, filan hər şey eynidir... Deyirəm, bu sizin probleminizdir. Mənə minnət gələ-gələ deyir, istəyirsən, işçinin ayağına yazım, sizə qiymət fərqini qaytarım... Bu işçinin səhvidir...
Mən ona başa sala bilmədim mənə fərq etmir kimin səhvidir. Adminstartorun və ya işçinin... Mənə görə "Bolmart" cibgirlik eliyir. Və bundan tək mənim yox bir neçə nəfərin sikayətləndiyini görmüşəm. Yenə deyirəm, bu "Bolmart"da qarşılaşdığım ilk hal deyil..."
Qeyd edək ki, sözügedən paylaşıma digər müştərilər də etirazlarını bildirib və özlərinin də üzləşdikləri neqativ halları da qeyd ediblər. Məsələn, Aydan Paşazadə adlı istifadəçi yazır ki, "Bolmart"ın verdiyi çekləri ƏDV-yə yükləmək istəyəndə alınmayıb və ona cavab verilib ki, artıq portala həmin çek yüklənib. Müştəri iddia edir ki, halbuki onlar yükləməyiblər...
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...