“Nar+” tətbiqinin yüklənmə sayı yarım milyonu ötdü!
Rəqəmsal kanallarla müştəri xidmətlərini abunəçiləri üçün daha rahat və əlçatan edən “Nar+” tətbiqindən istifadə edənlərin sayında xüsusi artım qeydə alınb. Gündəlik olaraq tətbiqdən yararlananların sayında 127% artım müşahidə olunub. Hesaba rəqəmsal nəzarət imkanı verən “Nar+” tətbiqinin yüklənmə sayı artıq yarım milyonu ötüb.
Xidmətdən istifadə edənlərin sayına görə paytaxt Bakı 60%-lik göstərici ilə ilk sıradadır. 2-ci yerdə isə Sumqayıtda yaşayan abunəçilər dayanır.
Qeyd edək ki, müştəriyönümlü strategiyanın bir hissəsi olan “Nar+” tətbiqi abunəçilərə Çağrı Mərkəzlərinə müraciət etmədən bir çox mühüm əməliyyatları yerinə yetirməyə imkan verir. Tətbiq vasitəsilə bir neçə saniyə ərzində yeni internet paketini sifariş etmək, tariflər haqqında məlumat əldə edib, ən uyğun tarifə qoşulmaq, mövcud tarifi dəyişmək, hesab üzrə izahlı qaimə əldə etmək, eyni zamanda vahid platforma üzərindən 5-dək hesaba nəzarət etmək mümkündür. Statistikaya əsasən, abunəçilərin “Nar+” tətbiqində ən çox müraciət etdiyi funksiyalar balans və bonusların yoxlanması, internet paketlərinin sifarişi, yeni tarifin aktivizasiyası və ya dəyişdirilməsidir. “Nar+” tətbiqini AppStore və PlayStore-dan yükləmək mümkündür. Tətbiq haqqında daha ətraflı məlumatı https://www.nar.az/plus/ səhifəsindən əldə edə bilərsiniz.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb