Qazi Sahil Həsənli nazirlikdə işlə təmin edildi
Vətən müharibəsi iştirakçısı Həsənli Sahil Rauf oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən işlə təmin edilib.
H.Z.Tağıyev qəsəbəsində yaşayan qazimiz yaşayış yerinə yaxın olması nəzərə alınaraq Agentliyin Sumqayıt şəhərindəki Reabilitasiya Mərkəzində operator vəzifəsinə təyin olunub.
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunan qazimiz müvafiq sosial ödənişlərlə (təqaüd və müavinət) təmin edilir. S.Həsənlinin mənzil və avtomobillə təminatı da həyata keçiriləcək.
Vətən müharibəsi qazilərinin yüksək texnologiyalı protezlə təminatı işləri aparılır. Artıq 17 qazimiz həmin müasir protezlə təmin olunub, daha 12 hərbçinin müasir protezlə təmin olunması üçün ölçülər götürülüb. Yuxarı ətrafı amputasiya olunmuş qazilərimizin də yüksək texnologiyalı protezlərlə təminatı üçün işlərə başlanıb. Onlardan biri kimi, hazırda S.Həsənlinin də yüksək texnologiyalı protezlə təmin olunması üçün işlər aparılır.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb