Əli Həsənovun oğluna məxsus televiziya bağlandı – RƏSMİ
Xəbər verdiyimiz kimi, Milli Televiziya və Radio Şurasının bu gün baş tutan iclasında "Kaspi Global" MMC-nin (Dalğa TV) peyk televiziya yayımının ardıcıl olaraq 30 gündən artıq müddətdə həyata keçirilmədiyini nəzərə alaraq lisenziyasına xitam verilib.
Lisenziyasına xitam verilən "Kaspi Global" MMC-nin (Dalğa TV) direktoru Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənlidir.
Hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov, ev 1-də yerləşən “Kaspi Qlobal” MMC 27.07.2011-ci ildə dövlət qeydiyyatına alınıb.
Onu da bildirək ki, təxminən 20 gün əvvəl “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) də “Kaspi Qlobal” MMC-yə qarşı qarşı məhkəmə iddiası qaldırıb. Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə baş tutan iclasda “Kaspi Qlobal” MMC-nin “Azərkosmos” ASC-yə borclu olduğu qeyd olunub.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb