Qarabağda yeni Milli Park yaradılacaq
İşğaldan azad edilən ərazilərimizdə yeni Milli Park yaradılacaq.
Bu barədə Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib.
Onun sözlərinə görə, hazırda ərazilərin minalardan təmizlənməsi işləri aparılır:
"Ərazilər mina və partlamamış sursatlardan təmizlənəndən sonra ərazidə yeniliklər nəzərdə tutulub. Hazırda təmizlənmiş əırazilərə baxılır. Eyni zamanda həmin ərazilərin sərhədlərinə baxılır. Çünki xəritələr köhnə sovet dövrünün xəritələridir. Bu işlər bitəndən sonra ola bilsin ki, həmin yerlərdə yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasına başlansın. Məsələn, Qarabağ bölgəsində yeni Milli park yoxdur. Gələcəkdə orada Milli parkın yaradılması planlaşdırılır. Hələ ki, Milli Parkın yaradılacağı ərazi müəyyən edilməyib".
A. Səmədova deyib ki, yeni Milli Park qoruqların ərazisində də yaradıla bilər: " Amma hazırda Kəlbəcər ərazisində ümumiyyətlə xüsusi mühafizə olunan təbiət ərazisi yoxdur. Kəlbəcərdə xüsusi mühafizə olunan ərazinin yaradılması məsələsinə baxıla bilər. Kəlbəcərdə elə xüsusi növ var ki, o növün qorunmasına ehtiyac var. Bu prosesdə alimlərin də fikirləri nəzərə alınacaq".

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb