SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “KAPİTALBANK” QARABAĞ ƏLİLİNİN TƏQAÜDÜNDƏN FAİZ TUTUR

“KAPİTALBANK” QARABAĞ ƏLİLİNİN TƏQAÜDÜNDƏN FAİZ TUTUR

Tarix:

23-01-2017, 10:01

/ 1 967 dəfə oxundu.
“KAPİTALBANK” QARABAĞ ƏLİLİNİN TƏQAÜDÜNDƏN FAİZ TUTUR

Təqüdlərdən , pensiyalardan , müavinətlərdən fazi tutulmasının cinayət məsuliyyəti yaratması qanunla təsbit olunub . Di gəl , Kapitalbank nə qanuna baxır , nə Konstitusiyaya , nə də Prezident fərmanına .Bank çeşidli yollarla hətta Prezident təqaüdlərindən də faiz tutur . Özü də müştərinin , təqaüdçünün , pensiyaçının kartını bloklaşdırıb yalnız avtomatik pul silməklə . Təqaüdündən qanunsuz məhrum edilənlər isə məhkəmə yolu ilə də hüquqlarını , pensiyalarını , təqaüdlərini bərpa edə bilmirlər . Bank məhkəmələrə rüşvət verib , iddianı it – bata saldırır .
Bu sətirlərin yazarının Prezident təqaüdünün 7 ay bloklaşdırılıb verilməməsindən bankın özünə və dövlət qurumlarına etdiyi müraciətlərə nə Vergilər Nazirliyi , Nə İqtisadiyyat Nazirliyi , nə Mərkəzi Bank , nə Ombudsman , nə polis-prokurorluq orqanları baxıb . Prezident təqaüdçüsünün Nizami məhkəməsində bankın Nizami filialına qarşı qaldırdığı 24 may 2016 tarixli iddia ərizəsini isə hakim Fikrət Mirzəyev itirib . Bu hakimin əslində banka vəkillik etməsini görən iddiaçı əlil işə iştirakının olmadan baxılmasını və hətta bankın xeyrinə qərar qəbul edilməsinə ərizə verib . Yenə də işə baxılmasına nail olmayan vətəndaşın Ombudsmana , Məhkəmə Hüquq Şurasına şikayətlərinə də cavab verilməyib . 2016-cı ilin dekabrın əvvəllərində Nəsimi məhkəməsinin hakimi Rəşid Səmədov məhkəməyə iddia ərizəsinin 18.08.2016 – da daxil olduğunu və baxılmamış saxlandığını bildirib .Axı , təqaüdçü Nəsimi məhkəməsinə iddia ərizəsi verməyib !(??) Bu özbaşınalığa Nizami məhkəməsinin hakimi Fikrət Mirzəyev 13 yanvar 2017 tarixli məktubla “aydınlıq gətirib” . Heç demə , Nizami məhkəməsi 17.07.2016 tarixli qərardadla ərizəni “aidiyyatı üzrə” (oxu : rüşvət qarşılığında) Nəsimi məhkəməsinə göndərib . Fikir verin ,Nizami rayonunda yerləşən bankın Nizami filialına qarşı qaldırılan iddianın aidiyyəti 3 aydan sonra Nəsimiyə dəyişilib . Özü də iddiaçıya nə qərardad , nə də bildiriş verilmədən özbaşına başqa məhkəməyə göndərilməsi MPM-ə ziddir . Axı iddiadan şikayətvermə müddəti başa çatmadan iddianı başqa məhkəməyə göndərmək olmaz ! MPM-dən xəbərsiz olan məhkəmələrin MPM-in 39 - cu maddəsini də oxumaları məsləhətdir .Orada yazılıb ki , istehlakçı hüququnun müdafiəsi ilə bağlı iddialar iddiaçının yaşayış yeri üzrə məhkəməyə verilə bilər və məhkəməni seçmək hüququ iddiaçıya məxsusdur . Bankın məhkəmələrə təzyiq edib məhkəmə təminatı hüququna və təqaüd hüququna qadağa qoymasına bircə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) reaksiya verib . “Kapital Bank” ASC –nin idarə heyəti sədrinin 1-ci müavini Fərid Məmmədov MBNP –nin baş icraçı direktoru İbrahim Alışova 21.12.2016 tarixli məktubunda banka aid hissədə bildirib ki , plastik kartlar üzrə tarif cədvəlinə əsasən , plastik kartın blokdan çıxarılması üzrə 2 manat xidmət haqqı ... kart hesabından silinmiş və plastik kart blokdan çıxarılmışdır . Bu məktubla özbaşına təqaüddən faiz tutmasını açıqladığından banka qarşı cərimə sanksiyası tətbiq edilməsi qaçılmazdır . Məhkəmə isə bankı öz rüşvət qaydaları ilə cərimələyib , Qarabağ əlilinin , Prezident təqaüdçüsünün 7 ay təqaüdündən məhrium edilməsinə qiymət vermir .
“Kapitalbank” 7 ay əlilin pulunu “fırladıb” , məhkəmə isə ərizəsini “fırladıb itirib” . Kim nə deyər belə hökumətə , belə hüquqa , belə banka , belə məhkəmə - hüquq sisteminə ?
Məğrur Bədəlsoy , Qarabağ savaşı əlili

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ