SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Prokurorluq “Oksigen” və “Leyla Şıxlinskaya”nın saxta arayışları ilə bağlı araşdırmaya başladı - YENİLƏNİB

Prokurorluq “Oksigen” və “Leyla Şıxlinskaya”nın saxta arayışları ilə bağlı araşdırmaya başladı - YENİLƏNİB

Tarix:

19-05-2021, 16:35

/ 663 dəfə oxundu.
Prokurorluq “Oksigen” və “Leyla Şıxlinskaya”nın saxta arayışları ilə bağlı araşdırmaya başladı - YENİLƏNİB

Leyla Medical Center” və “Oksigen” klinikasından verilən tibbi arayışlarda bağlı araşdırmalara başlandı.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində Gəncə Hava Limanında Gəncə-Sankt- Peterburq aviareysi ilə səyahət etmək istəyən 96 sərnişinin koronavirus  infeksiyasının müayinəsinə dair “Leyla Medical Center” və “Oksigen” klinikasından verilən tibbi arayışların saxta olması barədə məlumatlar yayılıb: “Bununla bağlı bildiririk ki, qeyd edilən faktla bağlı hazırda Gəncə şəhər prokurorluğunda araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.

***
Gəncə Hava Limanında Gəncə- Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən 96 sərnişinin COVID-19-la əlaqəli təqdim etdiyi tibbi arayışlar saxta çıxıb.
Sərnişinlərin təqdim etdiyi tibbi arayışların üzərində sənədlərin “Leyla Medical Center” (keçmiş “Leyla Şıxlinskaya” klinikası) və “Oksigen” klinikasından verildiyi qeyd edilib.
Faktla bağlı hüquq-mühafizə orqanları ciddi araşdırmalara başlayıb.
Məsələ ilə əlaqəli “Leyla Medical Center”in mətbuat xidməti Aytaç Kərimli bildirib ki, tibb müəssisələri tərəfindən kimsəyə saxta arayış verilə bilməz:
“Bu kimi halların qarşısını almaq üçün 4 aya yaxındır ki, tibbi arayışların üzərində QR kodlar yerləşdirilib. Hava limanında QR kodları yoxlamaq kifayət edir ki, həmin tibbi arayaşın saxta və ya real olduğu bilinsin. Adətən belə faktlar olur ki, pasiyent bazamızda adı olmayan şəxs müxtəlif proqramlar vasitəsilə nəticələrini saxtalaşdıraraq özlərinə tibbi arayış hazırlayır. Təbii ki, biz bu hala görə heç bir məsuliyyət daşımırıq”.
“Oksigen” klinikası isə məsələyə münasibət bildirməyib.

Şərhlər

XƏBƏR LENTİ