Nərimanov rayonunda abadlıq işləri davam edir
Bakı şəhəri, o cümlədən, Nərimanov rayonu ərazisində son illərdə davamlı aparılan abadlıq, yenidənqurma və yaşıllaşdırma işləri nəticəsində rayonun küçə və meydanları, istirahət parkları və digər, ictimai istifadə üçün nəzərdə tutulmuş yerlərdə yaşıllıq sahələrinin sayı və ölçüsü artmış, onlara qulluğun səviyyəsi yüksəldilmiş, mövcud yaşıllıqlara xidmətin keyfiyyəti artırılmışdı.
Bu tədbirlər çərçivəsində Bakı şəhərində yaz-yay mövsümünə hazırlıq tədbirləri çərçivəsində rayonun bir sıra ünvanlarında, sakinlərin istifadəsi və istirahəti üçün nəzərdə tutulmuş ərazilərdə təmizlik, abadlıq və mövsümi yaşıllığa qulluq işləri həyata keçirilmişdir.
Belə ki, son günlər ərzində şəhid Milli Qəhrəman Samir Xasıyevin adını daşıyan mədəniyət və istirahət parkında, həmin parkın filialı olan N.Nərimanov adına bağda, Ə.Rəcəbli küçəsi boyunca yaşıllıq zolağında və nəhayət 17-18 may tarixlərində “Həştərxan - Nərimanov Dostluq Parkı”nda mövcud oturacaqlar və zibil qutuları yuyulmuş və dezinfeksiya olunmuş, bəziləri yenisi ilə əvəz edilmiş, qazon örtüyünün yararsız hissəsi təzələnmişdir. Dostluq simvolu olan Həştərxan - Nərimanov Dostluq Abidəsi və fəvvarə təmizlənmiş, ağaclar budanmış, dekorativ kollar əkilmişdir. O cümlədən A.M.Cümə küçəsi və İ.Həsənoğlu küçəsi boyunca müxtəlif hava şəraiti ilə əlaqədar rəngi solmuş və atmosfer tullantıları ilə çirklənmiş hasarlar təmizlənmiş və boya ilə rənglənmişdir.





İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb