SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Türkanlılar 1-ci vitse-prezidentdən kömək istədilər - "Dənizi əlimizdən alıblar"

Türkanlılar 1-ci vitse-prezidentdən kömək istədilər - "Dənizi əlimizdən alıblar"

Tarix:

11-05-2017, 16:48

/ 54 888 dəfə oxundu.
Türkanlılar 1-ci vitse-prezidentdən kömək istədilər - "Dənizi əlimizdən alıblar"

Xəzər rayonu, Türkan qəsəbəsinin bir qrup sakinləri və bağ sahibləri Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayblar.
Müraciət müəllifləri dəniz sahilinin zəbt edilməsinə heç bir nəzarət edilmədiyini bildirərək yazırlar: “Hazırda həmin məktubda qeyd edilən özül üzərində hasar tikilmiş və artıq hasar dənizə dirənmişdir. Sakinlər üçün dənizdə cəmi 50-100 metr ərazi qalmışdı ki, həmin ərazi - uzun illər istifadə etdiyimiz dəniz sahili də bu günlərdə tamamilə qanunsuz olaraq zəbt edildi. Qanunsuzlugun qarşısının alınması üçün təcili tədbirlər görülməsi zəruridir”.
Müraciətdə qeyd olunur: “Son zamanlar Türkan qəsəbəsində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqların zəbt edilməsi, qanunsuz hasara alınması yolu ilə bağlanılması və dənizin sahilinə gediş-gəlişin məhdudlaşdırılması prosesi geniş vüsət alıb. Son ildə demək olar ki, bütün sahil ayrı-ayrı adamların arasında bölüşdürülmüş və hər kəsin tikdirdiyi daş hasar düz ləpədöyənə qədər uzadılıb.
Halbuki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız Azərbaycan Respubliksının Nazirlər Kabinetinin qərarı ilə istifadəyə və icarəyə verilə bilər.
Müraciəti ünvanlayanlar qeyd edirlər ki, Xəzər rayonunun Türkan qəsəbəsində baş verən özbaşnalıqların qarşısının alınması üçün I vitse-prezidentin köməyinə və ədalətinə böyük ehtiyacı var: “Ümidvarıq ki, dövlət mülkiyyətində olan torpaqların amansızcasına qanunsuz zəbt edilməsinin qarşısının alınması və sahil torpaqlarının geri qaytarılması üçün aidiyyəti orqanlar tərəfindən müvafiq tədbirlər görüləcək”.

Şərhlər

XƏBƏR LENTİ