"Akkord" sakinlərə QARŞI... - Özbaşınalıq...
"Akkord” tikinti şirkətinə məxsus Bakıxanov qəsəbəsindəki “Uğur-2” yaşayış kompleksində yerləşən stadion sökülür. TİA. Az xəbər verir ki, bu barədə jurnalist Anar Məmmədov məlumat yayıb. Onun sözlərinə görə, stadionun dəmir konstruksiyalarının bir hissəsi düzəldilmək əvəzinə, uşaqların idman meydançası tamamilə sökülür. Güclü küləkdən əyilmiş dəmirlər indi çıxarılır, əslində əvəzinə yenisi qoyulmalıdır. Lakin deyilənə görə, stadion təmir edilmir, şumlanır. Jurnalist Vüqar Süleymanovun “Akkord”a rəhbər gəlişindən sonra söküntünün baş verdiyini bildirib. Qeyd edək ki, əvvəlki rəhbərlik qeyri-rəsmi olaraq sabiq baş prokuror Zakir Qaralovda idi. Məsələyə dövlət qurumlarının reaksiya verməsinə çağırış olunub.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb