Hərbi Qənimətlər Parkında maxinasiya? – Vətəndaşlara köhnə bilet satıldığı iddia olunur
Hərbi Qənimətlər Parkında ziyarətçilərə köhnə biletlər satılır. REPORTYOR.info xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Ehtimal olunur ki, bu üsulla ziyarətçi sayını az göstərilir və Parka giriş üçün ödənilən pullar mənimsənilir.
“Tənqidçi” səhifəsi bu halla üzləşən vətəndaşlardan birinin yazdıqlarını paylaşıb. Həmin paylaşımı təqdim edirik:
“Deməli, bu gün nəhayət ki, Hərbi Qənimətlər Parkına getdim. 30 dəqiqəlik növbədən sonra kassaya çata bildik. 6 bilet istədim, xanım 3-5 dəqiqə qurdalanandan sonra qarşısında qalaqlanmış biletlərdən 6 dənə seçib verdi. Bu ana qədər hər şey normal görünürdü. Amma qarşıda turniket və əllərində QR kod yoxlamaq ücün cihaz olan iki xanım gözləyirdi. Xanimlar bir-bir biletləri scan edir və cihaz hər dəfə “not found” siqnalı verir. Səbəbini soruşduqda, olur belə şey dedilər. Biletləri atmaq üçün zibil qutusu olmadığından cibimə qoydum. Daha sonra atmaq istəyərkən bizə köhnə bilet satıldığını, cihazın bu səbəbdən QR kodu tanımamasını anladım. Yəni, bileti alarkən saat 16.45-i göstərsə də, biletin üzərində saat 10.00 qeyd olunmuşdu və kassada onun çap edilmədiyini, məhz masa üzərindən seçilib verildiyinə şahidəm. Ziyarətçi sayının süni şəkildə az göstərərək kimlərinsə cibini doldurmasını iddia etmək istəməzdim, amma başqa fikir də gəlmir ağlıma?!
Toplanan vəsait Yaşat fonduna yatırıldığından buna bir açıqlama verilməsi lazımdır”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək