SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Bazarstore” istehlakçıların hüquqlarını pozmaqda öndədir - Marketlər “endirim” adı ilə müştəriləri aldadır

“Bazarstore” istehlakçıların hüquqlarını pozmaqda öndədir - Marketlər “endirim” adı ilə müştəriləri aldadır

Tarix:

10-05-2021, 08:46

/ 916 dəfə oxundu.
“Bazarstore” istehlakçıların hüquqlarını pozmaqda öndədir - Marketlər “endirim” adı ilə müştəriləri aldadır

"Marketlərin “endirim” adı altında istehlakçıların hüquqlarını pozmaları geniş yayılmış dələduzluq üsuludur. Piştaxtada malın əvvəlki qiyməti ilə endirimli qiymətini qeyd edib, müştəriləri cəlb edirlər, kassaya çatanda məlum olur ki, elə əvvəlki qiymət qüvvədədir. Müştəri çox alış-veriş edəndə bunun fərqinə varmır, sonradan qəbzə baxanda, heç bir endirim edilmədiyinə şahid olur". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Təbii ki, istənilən halda haqlı olan istehlakçı belə hallarda haqqını tələb etməkdə gecikmiş sayılır. Ən çox yayılmış dələduzluq növlərindən biri qablaşdırılması dış görünüşcə fərqlənməyən malların piştaxtada bir yerdə qoyularaq bir çeşidə edilən endirimin göstərilməsidir. Aydın olsun deyə, məsələn, “Pobeda” plitka şokoladlarının çoxsaylı növlərindən hansısa birinə endirim edib , digərlərini də bu endirimli qiymət göstəricisinin arxasında yerləşdirilməsini izah edək . Kassada isə, təbii ki, endirimsiz qiyməti vururlar. Halbuki, bütün marketlərdə malın piştaxtadakı qiyməti ilə kassa qiyməti arasında fərq olarsa, müştərinin daha ucuz qiyməti seçmək hüququ bildirilir.
“Bazarstore” marketlər şəbəkəsi mağazalarının sayını artırsa da, xidmətin keyfiyyətini artırmaq barədə fikirləşmir. Təsəvvür edin, 1,89 manatlıq “Domaşnee” yumru düyüsünün qiymətində 62 qəpik endirim edilib və piştaxtada 1.27 manat göstərilib. Kassada isə 1.27 manat əvəzinə 1.89 manat vurulur. Endirimli qiyməti tələb edəndə, məlum olur ki, bu malın “premium” və “əla” növlərinin birinə endirim edilib. Bəs niyə bu iki mal eyni yerə qoyulub? Hətta piştaxtadakı qiymətə uyğun hesablama istəyəndə də, ən yaxşı halda, malı geri götürüb pulu qaytarırlar . Nağdsız ödəniş edənlərin kartlarına məbləğin nə vaxt “oturacağı” isə bilinmir. Göründüyü kimi, istehlakçıların hüquqları kobud şəkildə pozulur. Amma “Bazarstore” bu pozuntulara son qoymaq əvəzinə, yeni-yeni pozuntulara yol verir. Mayın 9-da metronun “Xalqlar dostluğu” stansiyasının yanındakı marketdən 305 qramlıq pomidor sousunu piştaxtada göstərilən 0.55 manat qiyməti ilə almaq istəyən müştəriyə kassada qiymətin 1.15 manat olduğu bildirilib. Piştaxtaya baxış keçirən inzibatçı qiymətin 1.15 manat olduğunu, 0.55 manatlıq qiymətin “acılı” sousa aid olduğunu bildirib. Axı, piştaxtada, ümumiyyətlə, 1.15 manatlıq 305 qramlıq pomidor sousunun olmadığı faktına da istehlakçının ziyanına qiymət verilib .
“Bazarstore”nin dələduzluq yolu ilə istehlakçılara kələk gəlməsi üzə çıxır. Market, elan etdiyi kimi, piştaxtada göstərilən ucuz qiyməti tətbiq etmək əvəzinə , şişirdilmiş qiyməti tətbiq edir. Yəqin ki, bağlantılı qurumlar “Bazarstore”nin “endirim dələduzluğuna” hüquqi qiymət verilməsini təmin edərlər. Hər halda, qanun-qayda istehlakçıların yanındadır..."

Yazıda iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...



Şərhlər

XƏBƏR LENTİ