Bakıda Polad Həşimovun adına park salınır — FOTOLAR
Bakıda Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun adına park salınır.
Bu barədə Xətai rayon İcra Hakimiyyətindən bildiriblər. Qeyd olunub ki, park rayonun Polad Həşimov küçəsində yerləşir:
"Sözügedən park daha əvvələr də olub, hazırda orada tamamilə yenidənqurma və abadlıq işləri aparılır. Burada general Polad Həşimovun abidəsi qoyulacaq. Hələlik abidənin hansı formada olacağı müzakirə olunur. Abidə kompleksinin üzərində digər şəhidlərimizin də adının əbədiləşdirilməsi nəzərdə tutulur
İcra Hakimiyyətindən əlavə olunub ki, parkda aparılan abadlıq işləri çərçivəsində yararsız oturacaq və söhbətgahlar sökülərərək ərazidən daşınıb, yeni suvarma xətlərinin və müasir işıqlandırma sistemlərinin quraşdırılması işlərinə başlanılıb, həmçinin ağaclar budanıb, səki daşları düzülüb:
"Əhalinin istirahəti üçün söhbətgahların quraşdırılması, yeni oturacaqların qoyulması nəzərdə tutulub. Ərazidə yaşıllıq zolaqları və qazon örtüyü salınacaq, o cümlədən müxtəlif növ ağaclar, yeni dekorativ kollar əkiləcək. İşlərin ən yaxın günlərdə başa çatdırılması və parkın sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur".




İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb