Siyasi fəal İnam Kərimova sual ünvanladı: "Söküb hasarlamaq niyə belə baha çıxıb?"
Siyasi fəal Bəxtiyar Hacıyev kənd təsərrüfatı naziri İnam Kərimova suallar ünvanlayıb.
Pravda.az-ın xəbərinə görə, B.Hacıyev bəzi məsələlərə aydınlıq gətirilməsini istəyir.
O, bildirib ki, "Aqrar Tədarük və Təchizat" ASC 138738.5 manatlıq printer kartrici alıb: “Hörmətli İnam Kərimov, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC ayrıca mətbəə açmayıbsa və sirr deyilsə, neçə printer üçün hansı model və neçə ədəd kartric alındığını öyrənmək imkanımız varmı? Bir də mümkün olsa, 12 nəfərin işlədiyi yazılan Cəlilabad Bölgə Təcrübə Stansiyasında söküntü işləri üçün 95314 manat, hasar çəkilməsi və yaşıllıq üçün 189769 AZN-lik tenderlər barədə də məlumat ala bilərikmi? 12 nəfərin oturduğu 2 mərtəbəli binanı tam söküb, yenidən tikmək heç 285 min manat tutmaz, söküb hasarlamaq niyə belə baha çıxıb?”

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək