"SƏBA"nın BROYLER BÖLÜCÜLÜYÜ... - Bölənimiz az idi, biri də fermadan çıxdı...
"Səba” şirkəti məzhəbçiliyi təbliğ etməklə məşğuldur. TİA.Az-ın xəbərinə görə, şirkətin istehsal etdiyi broylerlərin etiketində İslam dinin sünni məzhəblərinin adları qeyd olunub.
Sosial mediada yayılan foto faktdan da görünür ki, “Səba şirkəti toyuq məhsulunun üzərində hənəfi, hafi, maliki, hanbali məzhəblərinin adlarını yazıb. İslam dinin məzhəblərinin bir qisminin toyuq məhsulunun üzərində göstərilməsi həm dini ayrı-seçkilikdir, həm dinin alət olunmasıdır.
Sosial şəbəkə istifadəçiləri bildirirlər ki, məhsulun üstündə “halal” yazılması ilə sözügedən məzhəblərin qulluqçularına bu toyuqların halal olduğu mesaj verilib. Belə çıxır ki, digər dinlərin, təriqətlərin üzvləri üçün “Səba” toyuqları nəzərdə tutulmayıb. Qeyd edək ki, ekspertlər “Səba” toyuqlarının geni modifikasiya edilmiş məhsullar olduğunu iddia edirdilər. İndi GMO hara, halallıq hara, məzhəbçilik hara…

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...