TƏBİB Tural Abbaslıya cavab verdi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Ağ Partiyanın rəhbəri Tural Abbaslının koronavirus testinin nəticəsinin pozitiv və sonradan neqativ çıxması ilə bağlı səsləndirdiyi iradlara münasibət bildirib.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış “Report”un sorğusuna cavab olaraq qeyd edib ki, bu gün insanların ən çox rastlaşdığı hal pozitiv çıxan test nəticəsinin sonrakı gündə neqativ çıxmasıdır.
Onun sözlərinə görə, bu kimi hallara bütün dünyada qarşılaşmaq mümkündür:
“TƏBİB olaraq dəfələrlə bunun izahı verilib və yenidən izah etməyi özümüzə borc bilirik. Əsas səbəblərdən biri o ola bilər ki, xəstəliyin bəzi mərhələlərində proses artıq yuxarı tənəffüs yollarında silinir və aşağı tənəffüs yollarına keçir. Digər səbəb ikinci dəfə materialın düzgün götürülməməsi ola bilər. Yəni, yaxma daha dərindən, udlaqdan götürülməlidir. Siyahını daha da uzada bilərik. Belə hallara Ümumdünya Səhiyyə Təşkilatının və digər tibbi qurumların tövsiyəsi onda ibarətdir ki, şəxs test nəticəsi pozitiv çıxandan sonra 14 günlük izolyasiya tədbirinə getməlidir. Bu, həm virusa yoluxan şəxsin, həm də ətrafdakı insanların təhlükəsizliyi və sağlamlığı üçün vacibdir”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...