Sumqayıtda müasir turizm infrastrukturu qurulur – Zakir Fərəcov otelin açılışında-FOTOLAR
- 10-05-2017, 13:14
- 56 360
Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov otelin rəmzi açılışını bildirən qırmızı lenti kəsib. Sonra Z.Fərəcov çıxış edərək Sumqayıtda son vaxtlarda turizm sahəsində görülən işlərdən danışıb və gələcəkdə də şəhərin bu potensialının yüksəldilməsi istiqamətində tədbirlər görüləcəyini vurğulayıb.
Qeyd edək ki, 3 mərtəbəli “Regnum” otel 28 otaqdan ibarətdir. Otaqların sahəsi 40-45 kv.metrdir. Nömrələrin 7-si tvin, 21-i isə dabldır. 14 otaq dəniz mənzərəlidir. Binanın 1-ci mərtəbəsində restoran, banket zalı və konfrans otağı var.