SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Təhsil Nazirliyinin kollec siyasəti iflasa uğrayıb... - FAKT BUDUR!

Təhsil Nazirliyinin kollec siyasəti iflasa uğrayıb... - FAKT BUDUR!

Tarix:

13-04-2021, 09:00

/ 434 dəfə oxundu.
Təhsil Nazirliyinin kollec siyasəti iflasa uğrayıb... - FAKT BUDUR!

Bu gün adına kollec dediyimiz orta ixtisas məktəbləri vaxtilə sovet dönəmində texnikum kimi fəaliyyət göstəriblər.
Və sonradan həmin texnikumlar qısa vaxtda kollecə çevrildi.
Görəsən, nə isə dəyişdimi ?
Bəlkə təhsilin keyfiyyəti, səviyyəsi dəyişdi?
Əlbəttə, yox.
Əksinə təhsilin səviyyəsi aşağı düşdükcə, kolleclərdə rüşvətin və təhsil haqqının miqdarı artmağa başladı.
Tələbələr sadəcə, diplom xatirinə kolleclərə gedib-gəldilər.
Sonra ortaya guya yeni ideya atdılar.
Kolleclər uyğun ali məktəblərin, universitetlərin nəzdində olsun. Yəni Maliyyə Kolleci İqtisad Universitetinin, Pedoqoji Kollec Pedoqoji Universitetin, Rabitə Kolleci Texniki Universitetin və s nəzdində olsun.
Bunu da etdilər. Demək olar ki, neçə ildir kolleclər uyğun ali məktəblərin nəzdindədir.
Bəlkə nəsə dəyişdi ?
Təhsilin səviyyəsi yüksəldimi ?
Kolleclərdə rüşvət azaldımı ?
Əlbəttə, yox.
Yəni texnikumun adını dəyişməklə, ali məktəbin nəzdinə keçirməklə təhsilin keyfiyyəti yüksələ bilməz.
Bir neçə il əvvək təhsil ekspertlərindən biri təklif etmişdi ki, təhsilin keyfiyyətini yüksəltmək üçün eyni sahə üzrə bir neçə universitet olmalıdır. Məsələn, ölkədə 2, ya da 3 tibb üzrə universitet olsun. Guya Allah qoymasa onda həkimlərimizin savadı qıcqıracaq.
Bu ekspert başa düşmür ki, əgər rəqabət mühiti yoxdursa, lap 5 dənə tibb universiteti də olsa, faydası yoxdur. Yəni formal addımlarla təhsilin səviyyəsi yüksələ bilməz.
Guya 3 tibb universiteti olsa, rüşvətin kökü kəsiləcək..?
Sözümüzün canı odur ki, təhsil sahəsində köklü islahat olmalıdır.
Məsələn, dünyanın əksər ölkələrində kolleci əla qiymətlərlə bitirən məzun uyğun universitetə imtahansız qəbul olur. Həm də 1-ci kursda yox e, birbaşa 2-ci, 3-cü kursa.
Yəni Tibb kollecini əla bitirən məzun niyə yenidən imtahan verməlidir, niyə 1-ci kursa getməlidir ?
Yaxud Maliyyə Kollecini əla bitirən məzun niyə gedib yenidən “Narxoz”a imtahan verməlidir, yaxud niyə 1-ci kurslarla birgə oxumalıdır ?
Yəni dünyada praktikadan keçmiş qaydalar var, niyə onları tətbiq etməyək.
Ad dəyişməklə nə olasıdır ki ?
Kollecin hara, yaxud kimə tabe olmasının nə fərqi var axı ?
Axı, yalandan savadsız diplomluların sayını artırmaqla hara gedirik ?
Universitetin jurnalistikasını bitirən məzun gedib gözəllik salonunda işləyəcəksə, niyə 5 ilini itirsin?
Digər tərəfdən bizim kolleclər praktiki təhsil vermir, nəzəriyyə ilə kifayətlənir.
Bu gün dünyada ali məktəblərin, kolleclərin nəzdində uyğun fabriklər, hətta zavodlar fəaliyyət göstərir.
Yəni təhsil tələbəni ƏMƏK BAZARI-na hazırlamalıdır.
Təsəvvür edirsiniz, Pedoqoji kolleci bitirən məzun məktəbə müəllim düzəlmək üçün yenidən imtahan verməli olur ?
Bəs onun diplomu nəyə lazımdır ?
Kolleclərdə təhsilin, təlim-tərbiyənin səviyyəsini bu yaxınlarda gördük.
Kollecin direktoru tələbəyə şam tutan deyir.
Bir sözlə, kolleclərdə ciddi problemlər var. Bununla bağlı Təhsil Nazirliyi ciddi düşünməlidir.
//gundelik-baku.com//

Şərhlər

XƏBƏR LENTİ