XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Ağ Göl “Xəzər Gölünə” çevrilib – Necə oldu ki, yalançılığı və böhtanı sübuta yetirilmiş şəxs milli parka direktor təyin edilib?

Ağ Göl “Xəzər Gölünə” çevrilib – Necə oldu ki, yalançılığı və böhtanı sübuta yetirilmiş şəxs milli parka direktor təyin edilib?

Ağ Göl “Xəzər Gölünə” çevrilib – Necə oldu ki, yalançılığı və böhtanı sübuta yetirilmiş şəxs milli parka direktor təyin edilib?
12-04-2021, 14:03

İşğaldan azad edilən əsrarəngiz təbiətli Qarabağ torpaqlarında ermənilər 30 il ərzində flora və faunanı talamaqla məşğul olublar. Ümid edək ki, yaxın illərdə dövlətimiz həmin ərazilərdə yerüstü sərvətlərin bərpasını təmin edəcək, təbiəti qoruma altına alacaq. Hələliksə, Qarabağ ərazisində yerləşən yeganə statuslu milli park Ağ Göldür.
Ağ Göl Milli Parkının yaranmasında əsas məqsəd su bataqlıq və yarımsəhra landşaftının qorunması olub. Aparılan müşahidələrə əsasən parkda 100-ə qədər bitki, 21 balıq, 30 məməli, 4 suda-quruda yaşayan , 18 sürünən və 300-dən çox quş növü qeydə alınıb. Azərbaycanın “Qırmızı kitabı”na daxil edilən 36 quş növünə də burada rast gəlmək mümkündür.
Tarixən bu ərazilərdə ceyranlar yaşayıb və antropogen təsirlərdən kökü kəsilib. XX əsrin ortalarından etibarən ümumiyyətlə bu ərazilərdə ceyran qeydə alınmayıb. Lakin 2010-cu ildən başlayaraq müxtəlif dövrlərdə Ağ Göl Milli Parkı ərazisinə 24 baş ceyran buraxılıb və tədricən sayı artıb. Vətəndaşlar da  onlara məxsus şəxsi həyətyanı sahəsində saxladıqları ceyranları könüllü olaraq parka bağışladıqdan sonra onların sayı 60-ı keçib.
Qeyd edək ki, 1964-cü ildə 9173 ha sahədə yaradılmış yasaqlıq quşların və onların yaşayış yerlərinin təhlükəsizliyini təmin etmədiyindən 1978-ci ildə yasaqlığın 4400 ha sahəyə malik olan göl akvatoriyası qoruq elan edilib, 1987-ci ildə qoruq sahəsi daha 782 ha artırılıb.
2003 -cü il 5 iyul tarixində Azərbaycan Prezidentinin sərəncamı ilə  Ağ Göl Dövlət Təbiət Qoruğunun sahəsi 17924 hektara qədər genişləndirilib və ona Milli Park statusu verilib. Eyni zamanda Ağ Göl, böyük və kiçik Qızılağac körfəzləri mühüm su-bataqlıq ərazisi kimi 2001-ci il 25 may tarixindən “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan sulu-bataqlıq yerlər  Ramsar Konvensiyasının “Ramsar siyahısı”na daxil edilib. Həmçinin, Ağ Göl Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na və quşların məskunlaşması ilə bağlı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na salınıb.
Amma çox təəssüf ki, son dövrlər Ağ Göl milli parkında brakonyerliyə şərait yaradılması mətbuatın gündəmindən düşməyib. Çünki parkın rəhbər sarıdan problemi olub. Uzun illər parka rəhbərlik etmiş Loğman Mehtiyev vəzifəsindən kənarlaşdırılandan sonra 2019-cu nilin sentyabrında onun yerinə müvəqqəti təyin olunmuş Qüdrət İbrahimov vəziyyəti müsbətə doğru dəyişə bilməyib. Onun yarıtmazlığını Loğman Mehtiyevin bir pillə endirildiyi direktor müavini vəzifəsində qalması, lakin buna baxmayaraq direktor sələhiyyətlərini özündə saxlaması və parkda əvvəl qol qoyduğu işdəycələri davam etdirməsi ilə əlaqələndiriblər. Yaranmış durumdan narazı qalan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 116 nömrəli 21.02.2020-ci il tarixli əmri ilə “Əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə” Ağ Göl Milli Parkının direktoru İbrahimov Qüdrət İbrahim oğluna Azərbaycan Respublikası əmək qanunları məcəlləsinin 186-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmiş, auidit zamanı aşkar edilmiş maliyyə, çatışmazluqlarının bərpa edilməsi və digər nöqsanların aradan qaldırılması üçün tədbirlər görülməyinə qərar verilmişdi. Cəmi 3 aylıq fəaliyyətinın nəticəsinə görə töhmət alaraq yenidən daha şiddətlə Ağ Gölü talayan Qüdrət İbrahimovu sonradan heç bir sehrli əl qoruya bilmədi.
Çox təəssüf ki, bu dəfə Ag Göl Milli Parkına direktor vəzifəsinə yarıtmaz idarəçilikdə sələflərindən geri qalmayan, hətta onları bir baş üstələyən Xəzər Məhərrəmov təyin olundu. O Xəzər Məhərrəmov ki, Hüseynqulu Bağırov nazir olan vaxtı yol verdiyi ciddi nöqsanlara görə ETSN-nin 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsindən qovulmuşdu. Cənab Muxtar Babayev nazir vəzifəsinə təyin olunandan sonra birdən-birə nazirliyə işə bərpa edilməsi və qısa müddət sonra “Ağ Göl” Milli Parkına direktor təyin edilməsi onun özünə himayədar tapması barədə fikirlərə yol açdı.
Nəticə bu oldu ki, X.Məhərrəmov “Ağ Göl” Milli Parkı brokonyerlərin ovlağına çevirdi. Burdan tutulan balıqlar, ovlanan quşlar isə bazarlarda satılır. Bazarlarda cibini geniş açıb axtarsan, hətta vəhşi qaban ətini də tapmaq olur. Təbii ki, brokonyerlər özbaşına “Ağ Göl” Milli Parkında ov edə bilməzlər, özü də ov mövsümünün bağlı olduğu hazırki zamanda. Müasir izləmə, müşahidə texnologiyaları nəzərə alarsaq, bu, sadəcə mümkün deyil. Bu gün Ağcabədi, Bərdə, Beyləqan, İmişli rayon bazarlarında Ağ Göl Milli Parkından brokonyerlər tərəfindən ovlanan balıqlar satılır (Bu faktlar qeydə aldığımız fotoşəkillərlə təsdiqlənir). Bildirilir ki, Məhərrəmov brokanyerlərdən tələb olunan rüşvəti iki dəfə artırıb, bunun qarşılığında brokanyerlərin sayı təmərküzləşdirilib ki, çoxluqla diqqəti çəkməsinlər.
X.Məhərrəmov durub yalandan desə ki, bu yazıda qeyd olunan neqativ halların hamısı yalandır, təəccüblənməyə dəyməz. Çünki onun özünün yalançı olduğu sübuta yetirilib və özü də bunu etiraf edib.  Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytında Xəzər Məhərrəmovun 2016-ci ildə Nazirliyin “Qaynar xətt”inə başqasının adından zəng edərək saxta şikayət etməsi barədə məlumatn hələ də qalmasıdır. Həmin məlumatda qeyd edilir ki, Xəzər Məhərrəmov başqa adla qərəzli şikayət verdiyini, məlumatın həqiqətə uyğun olmadığını və qərəzli xarakter daşıdığını etiraf edib. Nazirliyin əməkdaşları tərəfindən bununla bağlı müvafiq akt tərtib olunub.
X.Məhərrəmovun Ağ Gölü özününküləşdirib “Xəzər Gölü”nə çevirdiyini isbatlamağın yolu isə Beyləqan, Ağcabədi, İmişli bazarlarında satılan balıqların mənşəyini onları satanlardan soruşmaqdan keçir. Bu isə səlahiyyətli qurumlar üçün çətin deyil. Ələxüsusuda, Muxtar Babayev üçün!
RealMedia.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.