"Bəy hamamı”nda 8 nəfər cərimələndi
- 9-04-2021, 11:05
- 631
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, İmişli RPŞ-yə rayon ərazisindəki “Bəy hamamı”nın karantin qaydalarına zidd olaraq fəaliyyət göstərməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar adıçəkilən ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən obyekt işçiləri və müştərilər daxil olmaqla 8 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.