“Waurma” yox, barı "Şaurma" yazın! - Vətən çörəyi sizə qənim olsun
- 31-03-2021, 16:47
- 1 000
Analoji “kreativliklər” təkcə dilimizə yox, həm də konstitusiyaya, “Dövlət dili haqqında” Qanuna ziddir. Həmin Qanunun 7-ci maddəsində deyilir: “Azərbaycan Respublikasının ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir”. (7. 2.). Deməli, görünən dağa bələdçilik etməyə daha ehtiyac yoxdur. Qanun pozulur. Və, yəqin, həmin sahibkara indiyədək “gözün üstündə qaşın var” deyən olmayıb. Ümid edirik ki, bundan sonra olacaq.
Nəsimi adına Dilçilik İnstitunun direktoru, akademik Möhsün Nağısoylu məsələ barədə fikirlərini “Sherg.az”a bildirdi:
“Belə hallar çoxdur. Təkcə “Şaurma” yox, digər sözlərdə oxşar qüsurlara rast gəlinir. Bu, bizi da narahat eidr. Tədbir görməyə çalışmışıq. Lakin Dilçilik İnstitutu olaraq bizim əlimizdə hansısa təsir imkanları yoxdur. Sadəcə təklif verməklə kifayətlənə bilərik. Dövlət Dil Komissiyasının, yeni yaradılan monitorinq mərkəzinin isə cəza mexanizmi var. Məsələ ondan ibarətdir ki, belə hallar dövlət Qanunun pozulması deməkdir və həllini tapmalıdır”.