SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Qarabağ əlili haqqını tələb edir... - GİLEY

Qarabağ əlili haqqını tələb edir... - GİLEY

Tarix:

22-03-2021, 09:01

/ 788 dəfə oxundu.
Qarabağ əlili haqqını tələb edir... - GİLEY

Bakı şəhəri, Binəqədi rayon, Biləcəri qəsəbəsində yaşayan, müharibə əlili Qardaşxanov Rövşən Fətəli oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

Bildirmək istəyirəm ki, mən, Qardaşxanov Rövşən Fətəli oğlu 18.12.1966-cı il tarixində Azərbaycan Respublikası, Cəbrayıl rayonunda anadan olmuşam.

İki Sovet Ordusunda, 1992-ci 1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişəm.

Qeyd etmək istəyirəm ki, hərbi xidmətdə aldığım xəsarətlərlə bağlı 29.04.1910-cu ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etdim, mənə “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verildi.

29.12.2014-cü il tarixdə Səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən mənə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup müddətsiz əlillik təyin edildi.

Nəzərinizə çatdırmaq istəyirəm ki, 2021-ci ilin fevral ayının 27-si Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair (https://www.e-gov.az/az/services/read/3493/0) elektron sistemə baxış keçirən zaman mənə məlum oldu ki, mənim müddətsiz əlilliyim elektron sistemdə əsasız olaraq imtina edilib kimi göstərilib, belə ki, mənə qarşı bu çox haqsız mövqedir, çünki mən 2014-cü ildən müddətsiz əlilləm.

Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi mənim 29.12.2014-cü ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup müddətsiz əlil olmağımı elektron sistemdə bərpa etməlidir.

Qeyd etmək istəyirəm ki, mənim əlilliyimin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, mən 2014-cü ildə qiymətləndirilmişəm və 2-ci qrup müddətsiz əlilləm, hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin mənə qarşı etdiyi haqsızlıq tam əsassızdır, bu səbəbdəndə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən mənim əlilliyim bərpa edilməlidir.

Xahiş edirəm ki, 29.12.2014-cü il tarixdən 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyimin elektron sistemdə bərpa edilməsi barədə köməkdarlıq edəsiniz".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ