SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Məmmədoğulları" MMC CƏRİMƏLƏNDİ

"Məmmədoğulları" MMC CƏRİMƏLƏNDİ

Tarix:

12-03-2021, 10:52

/ 1 150 dəfə oxundu.
"Məmmədoğulları" MMC CƏRİMƏLƏNDİ

Dövlət Yol Polisi (DYP) "Məmmədoğulları" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində inzibati qaydada protokol tərtib edib.

Protokolla bağlı qərar verilməsi üçün Binəqədi rayon məhkəməsinə müraciət edilib. İşə hakim Aygün Qurbanovanın sədrliyi ilə baxılacaq.

"Məmmədoğulları" MMC İnzibati Xətalar məcəlləsinin 347-ci (hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilinir.

Bu xətanın törədilməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Qeyd edək ki, “Məmmədoğulları” MMC mebel və digər profilli biznes sahələri ilə məşğul olan şirkətdir. Sözügedən şirkətin Ramiz Hacıyev adlı şəxsə məxsus olduğu bildirilir.

Şərhlər

XƏBƏR LENTİ