SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Azenerji"də KÜTLƏVİ İXTİSARLAR narazılıq yaratdı... - Hətta veteranlara belə rəhm etmədilər...

"Azenerji"də KÜTLƏVİ İXTİSARLAR narazılıq yaratdı... - Hətta veteranlara belə rəhm etmədilər...

Tarix:

10-03-2021, 10:13

/ 1 197 dəfə oxundu.
"Azenerji"də KÜTLƏVİ İXTİSARLAR narazılıq yaratdı... - Hətta veteranlara belə rəhm etmədilər...

Azərenerji” ASC-də əmək qanunverciliyinin ayaqlar altına atılması , dövlətin qanunlarına, aparılan sosial siyasətə qarşı hayqırı münasibətlər davam edir…Görəsən,Balababa Rzayevin silsilə özbaşınalıqlarına son verən olacaqmı???

Kanal32.az xəbər verir ki, “Azərenerji” ASC-nin nəzdində olan “Enerjiservistikintitəmirsazlama” MMC-də çalışan şəxslər pandemiya dövründə kütləvi şəkildə işdən çıxarılıblar. “Kanal32”nin redaksiyasına gələrək ölkə başçısına videomüraciət ünvanlayan işçilər Prezident İlham Əliyevdən üzləşdikləri qanunsuzluğa müdaxilə etməsini və işlərinə bərpa olunmalarını xahiş ediblər.

Həmçinin, işdən çıxarılan şəxslər ölkənin Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Energetika naziri Pərviz Şahbazova və Dövlət Əmək Müfəttişliyinin rəisi Fuda Heydərova da rəsmi qaydada müraciət göndəriblər.

Üçü Qarabağ veteranı olmaqla işdən çıxarılan 14 nəfərin “Kanal32” vasitəsi ilə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladıqları yazılı müraciətin mətini olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya

“Azərenerji” ASC-nin nəzdində olan “Enerjiservistikintitəmirsazlama” MMC-nin kütləvi şəkildə işdən çıxarılan əməkdaşları tərəfindən

ŞİKAYƏT ƏRİZƏSİ

Hörmətli Mehriban xanım, Sizə müraciət etməyimizin səbəbi ölkəmizdə yeni iş yerlərinin açıldığı ərəfdə kütləvi şəkildə işdən azad olunmağımızdır. Belə ki, “Azərenerji” ASC-nin nəzdində olan “Enerjiservistikintitəmirsazlama” MMC-nin rəhbərliyi ən azından pandemiya dövrünü belə nəzərə almadan “müqavilə müddətinin bitməsi” adı altında bizi işdən azad edib. Baxmayaraq ki, bizimlə bağlanmış müqavilənin nüsxəsi bizə verilməyib. Ona görə də həmin müqavilənin nə müddəti, nə də orada əksini tapmış öhdəliklərin nədən ibarət olduğunu bilmirik.

Hörmətli Mehriban xanım, diqqətinizə çatdıraq ki, elektirik stansiyalarının idarə olunması, təmir edilməsi sahəsində peşəkar və təcrübəli çilingərlər kimi uzun illərdir ki, işimizin öhdəsində layiqincə gəlmişik. Bizim demək olar ki, hamımız (təkcə gənc Paşayev Vasif Mürşüd oğlu 2019-cu ildən işləyir) 80-ci illərin sonu, 90-cı illərin əvvəllərindən Mingəçevir İstilik Elektrik Stansiyasında çalışımışıq. Yalnız 2019-cu ildə bizi elə kütləvi şəkildə də “Azərenerji”nin yaxın tərəfdaşı olan “Farkon” şirkətinə “transfer” etdilər və bu “transfer” oyununun davamı kimi bizi 2020-ci ilin yanvar ayından isə “Enerjiservistikintitəmirsazlama” MMC-yə keçirdilər. Ailələrimizin ac qalmaması naminə bu dəyişilmələrlə razılaşmaq məcburiyyətində qaldıq. Hətta, hər iki şirkət əmək qanunverciliyinin tələblərini kobud şəkildə pozaraq bizi 12 saat işlədib 8 saatın pulunu verdilər. Hələ bu azmış kimi bizi bayram və istirahət günlərində də işlədiblər. Amma əmək haqqımız hesablanan zaman həmin iş günləri üçün heç bir əlavə ödəniş edilməyib. Biz yenə də işsiz qalmaq qorxusundan susmuşuq. Onu da qeyd edək ki, bizimlə bağlanan əmək müqaviləsinin nüsxəsi heç vaxt bizə verilməyib. Fevral ayından isə hamımızı kütləvi şəkildə çıxarıb atıblar. Rəhbərlik səviyyəsində isə bizə heç bir açıqlama verilmir. Deyirlər ki, gedin, hara istəyirsiniz müraciət edin. Əmək qanunverciliyinə uyğun olaraq güzəştli kateqoriyadan olan 3 nəfər Qarabağ müharibəsi veteranını belə nəzərə almayıblar.

Hörmətli Mehriban xanım, “Azərenerji” ASC-nin rəhbəri Balababa Rzayevə, eyni zamanda “Enerjiservistikintitəmirsazlama” MMC-nin rəhbəri Nahid Sultanova edəcəyimiz müraciətin əhəmiyyətsizliyini bildiyimiz üçün Sizə müraciət edirik.Çünki “Azəenerji” sistemindəki özbaşınalıqlar, əmək hüquqlarının və əmək qanunverciliyinin tələblərinin kobud şəkildə pozulması halları hər ötən gün biri-birini əvəz edir. Ona görə sizdən xahiş edirik ki, çalışdığımız sahə üzrə peşəkarlığımızı, sosial vəziyyətimizin ağırlığını, çətin pandemiya şəraitində əsassız olaraq işdən azad edilməyimizi nəzərə alaraq, bizim işimizə bərpa olunmağımız, yaxud da İstilik Elektrik və Su Elektirik stansiyalarınında başqa işlə təmin edilməyimiz üçün müvafiq qaydada göstəriş verəsiniz. Son ümidimiz Sizədir…!

Öncədən Sizə dərin minnətdarlığımızı bildiririk!

İMZALAR:

1.Həsənov Şaiq Həsən oğlu- Qarabağ müharibəsi veteranı

2. Hüseynov Elbrus Kərəm oğlu- Qarabağ müharibəsi veteranı

3.Abdullayev Fizuli Nizami oğlu- Qarabağ müharibəsi veteranı

4. Musayev Bəkir İsmayıl oğlu

5.İsayev Xaləddin İsa oğlu

6.Paşayev Vasif Mürşüd oğlu

7.Əhmədov Şərif Baxşalı oğlu

8.Mürşüdov Rəhim Əmir oğlu

9.Şükürov Zakir Rza oğlu

10.Qurbanov Sərvər Sabir oğlu

11.Şəmilov Nurməhəmməd Novruz oğlu

12.Musayev İlqar Musa oğlu

13.Hüseynov Emin Cavanşır oğlu

14.Həsənov Əhliman Balış oğlu

15.Abdullayev Bəhruz Tofiq oğlu (ali təhsilli energetik)

Redaksiya olaraq bildiririk ki,“Azərenerji” ASC-nin və onun nəzdindəki “əndrabadi” ada və idaəetməyə malik “Enerjiservistikintitəmirsazlama” MMC-nin mövqeyini dərc etməyə hazırıq.

Kanal32.az

Şərhlər

XƏBƏR LENTİ