"Azərsun”dan Prezidentə sabotaj: bayramqabağı bahalaşma – FOTO
Ölkədə qiymət artımı gündən-günə yüksələn xətt üzrə gedir. Reportyor.info-nun əməkdaşının müşahidələrinə görə, Novruz bayramı ərəfəsində marketlərdə ərzaq məhsullarının qiyməti daha da bahalaşır.
Adətən bayramqabağı bazarlarda, yarmarkalarda, marketlərdə endirimlər, kampaniyalar təşkil olunur, qida məhsullarının qiyməti nisbətən ucuzlaşır.
Amma bu tendensiya Azərbaycana şamil deyil. Hazırda bazarlarda qiymətlər “od tutub yanır”.
Müxbirimizin sözlərinə görə, əsasən “Azərsun” holdinqin gündəlik tələbat məhsullarının qiymətində ciddi artım müşahidə olunur.
Məsələn, “Bizim Tarla” əmtəə nişanlı məhsullar, “Final” və “Möcüzə” yağları, düyülər və s. qidaların qiyməti bahalaşıb.
Əməkdaşımız bildirir ki, yaşıl noxud 2, 59 manat, yağ 4-5 manat, 4-6 manat məbləğindədir.
Həmçinin, “Azərçay, “Azərsüd”, “Berqa”, şəkər, duz, konserv məhsullar, şokolad yağlarının qiyməti artıb. Bütün bunlara görə nə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Xidməti araşdırma aparır, nə süni qiymət artımı barədə mübarizədə ciddi tədbirlər görülür, nə “Azərsun”dan hesabat soruşulur, nə də holdinq özü qiymət artımına getməsinin səbəblərinə əsaslı şəkildə iqtisadi aydınlıq gətirir. O zaman xalqa və Prezidentə qarşı bu sabotajın adı nədir?

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək